Trampın nəvəsi dünyaya gəldi: Yaxın Şərq səfərindən birbaşa ABŞ a qayıdır
Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.
ABŞ prezidenti Tramp nəvəsinin dünyaya gəldiyini və Yaxın Şərq turundan sonra onu görmək üçün ölkəsinə dönəcəyini bildirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağın vaxtının gəldiyini qeyd edən Tramp, İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarında iştirak etməyəcəyini deyib:
"Hamı dedi ki, Putin İstanbula gedəcək. Mən də dedim ki, əgər mən etməsəm, Putinin də getməyəcəyinə zəmanət verirəm. Mən getmədiyim üçün, o da getmədi".
Tramp Putinlə nə vaxt görüşəcəyi ilə bağlı da danışıb: "Mən əslində buradan birbaşa gedəcəkdim, ancaq gözəl nəvəmi görmək istəyirəm. Ən qısa zamanda bu görüşü də təşkil edəcəyik".
Tramp Qəzza məsələsinin həllinin də gündəmdə olduğunu açıqlayıb: "Qəzza məsələsi ilə məşğul olmalıyıq. Çox insan aclıqdan ölür. Çox pis hadisələr baş verir. Dünyanın daha təhlükəsiz yerə çevrilməyə başlayır. Yaxın 2-3 həftə ərzində dünyanın çox daha təhlükəsiz yerə çevriləcəyi görəcəksiniz".
Tehran,
Sitat.info


