Trampın nümayəndələri Moskva və Kiyevə gedir, lakin diplomatik sıçrayış ehtimalı azdır CNN
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər etməyə hazırlaşırlar. Onların əsas məqsədi Ukraynadakı müharibənin dayandırılması üçün mümkün yolları müzakirə etməkdir. Lakin Kremlin mövqeyi nəzərə alınmaqla, yaxın zamanda diplomatik irəliləyiş əldə olunması ehtimalı aşağı qiymətləndirilir. Bu barədə CNN yazır.
Səfərlərin planlaşdırıldığını Donald Tramp açıqlayıb. Onun sözlərinə görə, amerikalı nümayəndələr müharibənin dayandırılması ilə bağlı təkliflərlə Rusiya və Ukraynaya gedəcəklər.
“Stiv Vitkoff və Cared Kuşneri, iki möhtəşəm danışıqlar aparan şəxsi göndərdim. Onlar əla iş görüblər və nəsə edə biləcəyimizi görmək üçün onları yola saldıq. Böyük ehtimalla buna nail olacağıq”, – Tramp Ağ Evdə bildirib.
Vitkoff və Kuşner artıq Moskvaya səfər ediblər. Lakin Kiyevə səfər onların hazırkı danışıqlar çərçivəsində Ukraynaya ilk səfəri olacaq. Rusiyanın dövlət agentliyi TASS-ın məlumatına görə, səfərlər artıq bu həftəsonu baş tuta bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski də amerikalı nümayəndələrin Moskvadan sonra bazar günü Kiyevə gəlməsinin planlaşdırıldığını təsdiqləyib.
“Bizim məqsədimiz ABŞ tərəfi ilə mümkün qədər konstruktiv və məzmunlu səfər və danışıqlar keçirməkdir. Bu müharibəni necə başa çatdırmağın real variantlarını axtarmalıyıq”, – Zelenski bildirib.
O, həmçinin Rusiyanı danışıqlar zamanı atəşkəs rejiminə əməl etməyə çağırıb.
Müharibənin tezliklə başa çatacağı gözlənilmir
CNN qeyd edir ki, Zelenski qarşıdakı görüşləri mühüm hadisə kimi qiymətləndirsə də, hazırda sürətli diplomatik sıçrayış gözləmək üçün ciddi əsaslar yoxdur.
Əsas problem Kremlin mövqeyidir. Vladimir Putin indiyədək Ukraynaya qarşı maksimalist tələblərindən geri çəkilməyə hazır olduğunu nümayiş etdirməyib.
Rusiya, xüsusilə Ukraynanın əhəmiyyətli ərazilərinin nəzarətinə verilməsini, Kiyevin NATO-ya üzvlük istəyindən imtina etməsini və Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Ukrayna isə bu tələbləri rədd edir.
Bununla yanaşı, Moskva son günlər Ukrayna şəhərlərinə kütləvi hücumları davam etdirib. Kiyev artıq səkkiz gündür demək olar ki, fasiləsiz hava zərbələrinə məruz qalır.
Avqustun 27-dən etibarən Kiyev və Kiyev vilayətində baş verən hücumlar nəticəsində azı 53 nəfər həlak olub, 134 nəfər yaralanıb. Cümə günü Rusiya PUA-sı Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin qərargahını vurub.
Ukrayna da öz növbəsində Rusiya ərazisindəki obyektlərə, xüsusilə neft anbarları və neft emalı zavodlarına uzaqmənzilli zərbələri gücləndirib.
Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 05 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















