Trampın nümayəndəsi: 100 gündə Rusiya Ukrayna müharibəsinin həllində irəliləyiş gözləyirəm
Icma.az bildirir, Report.az portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, o, yaxın 100 gün ərzində Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında müəyyən irəliləyişin əldə ediləcəyini gözləyir.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
"Demək istərdim ki, söhbət illərdən yox, aylardan gedir. İnanmaq istəyirəm ki, biz qısa müddətdə nəyəsə nail ola bilərik. Qısamüddətli deyəndə nəyi nəzərdə tuturam? Mən bunu artıq verilişlərinizin birində demişəm, daha doğrusu “Fox News”da. Mən 100 gündən sonra harada olduğumuzu müəyyən etmək istərdim: ya atəşkəs mərhələsində, ya da sülh mərhələsində.
Məncə, hər şey məqsədə çatmaq sənəti ilə bağlıdır. Bu, prosesin dörd il uzandığı Əfqanıstanda gördüyümüz kimi olmamalıdır. Hər iki tərəf üçün qısamüddətli həll olmalıdır, ancaq onlar üçün deyil. Bu, ABŞ üçün yaxşıdır, dünya üçün faydalıdır", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Fevral 2025 06:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















