Icma.az
close
up
RU
Trampın nümayəndəsi Moskvada! ABŞ sülh istəyir, Kreml isə...

Trampın nümayəndəsi Moskvada! ABŞ sülh istəyir, Kreml isə...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun bu gün Moskvada Vladimir Putinlə görüşü gözlənilir. Uitkoffun təyyarəsi artıq Vnukovo hava limanına enib və bu səfər ABŞ-ın Rusiya qarşısında qoyduğu son ultimatumun fonunda xüsusilə diqqət çəkir.

Donald Tramp Rusiya ilə Ukrayna arasında 8 avqusta qədər atəşkəs razılaşmasının əldə olunmasını tələb edir. Əks halda, Vaşinqton Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz dərəcəsində idxal rüsumları tətbiq edəcəyini bəyan edib. Xüsusilə, İnkişaf etməkdə olan ölkələr - Hindistan və Çin də ikincil sanksiyalarla təhdid olunur.

Əgər Rusiya Trampın ultimatumuna tabe olmazsa, Vaşinqtonun alternativ planları artıq masadadır. “Financial Times” yazır ki, ABŞ Rusiya tanker donanmasına qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bununla yanaşı, ABŞ-ın Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlər də daxil olmaqla, yeni silah sistemləri göndərmək ehtimalı da müzakirə mövzusudur. Bu informasiya hələ ki, rəsmi şəkildə təsdiqlənməyib.

Rusiya tərəfi isə Trampın təzyiqlərinə qarşı barışıq əhvalında görünmür. “Reuters” agentliyi bildirir ki, Kreml hazırda cəbhədə vəziyyətin öz xeyrinə dəyişəcəyinə ümid edir və yaxın aylarda Ukrayna cəbhəsinin çökməsini gözləyir.

Eyni zamanda, “Bloomberg” mənbələri iddia edir ki, Rusiya tam miqyaslı atəşkəsə yox, yalnız “hava atəşi” rejimi (raket və dron zərbələrinin dayandırılması) qarşılığında razılıq verə bilər. Yəni, Moskva cəbhə xəttində döyüşləri davam etdirmək, lakin Ukraynanın arxa infrastrukturuna zərbələri müvəqqəti dayandırmaq təklifi irəli sürə bilər.

Ukrayna tərəfi isə may ayından bəri atəşkəsə hazır olduğunu bəyan edib. Lakin Rusiya buna əlavə şərtlər qoyur, xüsusilə, Qərb silahlarının Ukraynaya çatdırılmasının tamamilə dayandırılmasını tələb edir. Bu isə hazırki geosiyasi reallıqda praktiki baxımdan mümkünsüz görünür.

Stiv Uitkoffun Moskva səfəri və Putinin onunla görüşü, əslində, Kremlin hələ də Vaşinqtonla birbaşa dialoq imkanlarını açıq saxladığını göstərir. Lakin Rusiyanın cəbhədə hərbi üstünlüyə ümid etdiyi bir məqamda atəşkəsə razılıq verəcəyi real görünmür.

Əgər Tramp sanksiyalar paketini işə salarsa, bu, qlobal iqtisadi münasibətlərə ciddi təsir edəcək, xüsusilə Çin və Hindistan kimi tərəfdaş ölkələri çətin seçim qarşısında qoyacaq. Digər tərəfdən, ABŞ-ın yeni silah yardımı qərarı müharibənin daha da kəskinləşməsi ilə nəticələnə bilər.

Trampın “altıncı müharibəni də dayandırmaq” iddiası bu günlərdə ciddi sınaq qarşısındadır. Gözlər Uitkoff–Putin görüşünün nəticələrinə yönəlib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri