Trampın nümayəndəsi Tehrana səfər üçün İrandan dəvət gözləyir
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff İran tərəfindən müvafiq dəvət alarsa, Tehrana getməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən nüfuzlu "Washington Post" nəşri məlumat verib.
Xatırladaq ki, Tramp bir gün əvvəl Vaşinqtonun Tehranla danışıqlar apardığını bəyan edib.
"Aprel 12-də ən yüksək səviyyədə görüş keçiriləcək", - deyə Ağ Ev rəhbəri vurğulayıb.
Prezident Administrasiyasının rəsmi nümayəndəsi Kerolayn Livitt ABŞ və İran nümayəndələri arasında gözlənilən danışıqların birbaşa xarakter daşıyacağını dəqiqləşdirib.
Bununla belə qeyd edilir ki, əgər danışıqlar birbaşa xarakter daşımasa, Uitkoff İranla Omanda keçiriləcək görüşə getməkdən imtina edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 10 Aprel 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















