Trampın nüvə sınaqları ilə bağlı bəyanatına Rusiyadan cavab
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, RF lazım gəldikdə nüvə sınaqları keçirməsi üçün poliqonları hazır vəziyyətdə saxlayır.
Oxu.Az xəbər verir ki, o, bunu "Rusiya xalqları" ümumrusiya forumunda bəyan edib və bu açıqlaması ilə Trampın ABŞ-də nüvə sınaqlarının başlanması ilə bağlı bəyanatına cavab verib.
"İlk növbədə bunu qeyd edək ki, sınaqlar heç bir ölkədə bir saat belə dayanmayıb, lakin onlar hesablama texnikasının tətbiqi baxımından keçirilirdi. Fiziki sınaqlar aparılmırdı, riyazi modellər yaradılırdı. Belə sınaqlar aparılır, çünki bütün bunlar daimi diqqət və daimi təkmilləşdirmə tələb edir", - deyə Şoyqu vurğulayıb.
Onun sözlərinə görə, digər dövlətlər kimi, Rusiya da poliqonları həmişə aktiv vəziyyətdə saxlayıb ki, ehtiyac yarandıqda onlardan istifadə etmək mümkün olsun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















