Trampın ofisi Ukrayna ilə bağlı sülh planını nə vaxt açıqlayacağını bildirib
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“ABŞ gələn həftə Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna müharibəsinə son qoymaq planını açıqlamağı planlaşdırmır”.
Missiya.Az xəbər verir ki, bu barədə Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Newsmax” kanalına müsahibəsi zamanı məlumat verib.
"Bəli, biz gələn həftə Münxen Təhlükəsizlik Konfransında iştirak edəcəyik. Bəzi media orqanları gələn həftə sülh planını təqdim edəcəyimizi yazır. Xeyr, bu doğru deyil. Sülh planını Keyt Kelloq yox, ABŞ Prezidenti təqdim edəcək", - deyə siyasətçi vurğulayıb.
Kelloqun sözlərinə görə, Amerika nümayəndə heyəti bütün vəziyyətləri aydınlaşdırmaq üçün Münxendə Avropa liderləri ilə lazımi görüşlər keçirəcək. Bu məlumat daha sonra Trampa ötürüləcək ki, o, sülh planını hazırlaya bilsin.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 06 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















