Trampın oğlu atasının Qrenlandiya ilə bağlı planlarını AÇIQLADI
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qrenlandiya təkcə ABŞ üçün deyil, bütün Qərb dünyası üçün strateji əhəmiyyət daşıyır.
Bizim.Media xəbər verir ki, bu fikri ABŞ prezidentinin oğlu, sahibkar Erik Tramp Al Arabiya telekanalına müsahibəsində səsləndirib.
“Qrenlandiya bir çox səbəblərə görə, o cümlədən təhlükəsizlik baxımından, yalnız ABŞ üçün deyil, demək olar ki, bütün Qərb dünyası üçün strateji əhəmiyyətə malikdir…”, – deyə o bildirib.
Hər hansı konkret tərəfi və ya ölkəni adlandırmadan Erik Tramp vurğulayıb ki, Qrenlandiyada və onun ətrafında yerləşən regionu hərbiləşdirmək istəyənlərin sayı getdikcə artır.
“Biz uşaq kimi davrana, sadəlövh ola bilmərik. Bunun baş vermədiyini iddia edə bilmərik”, – deyə o qeyd edib.
Erik Tramp əlavə edib ki, atası zərurət yaranarsa, Amerika, eyni zamanda Qərb və Avropa həyat tərzinin maraqlarını paylaşmayan qüvvələrdən qorunması və təhlükəsizliyinin təmin olunması üçün lazım olan hər şeyi edəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















