Trampın oğlundan bitkoinlə bağlı proqnoz
Icma.az, Bakupost saytına istinadən bildirir.
Bakupost.az xəbər verir ki, Erik Tramp, Abu-Dabidə keçirilən Bitcoin MENA konfransında çıxış edərək, kriptovalyutalara güclü dəstəyini bildirib və bitkoinin 1 milyon dollara çatacağına inandığını qeyd edib. O, atasının kripto sahəsini həddindən artıq tənzimləmələrdən və yüksək vergilərdən qoruyacağını, ABŞ-ı isə rəqəmsal inqilabın lideri edəcəyini vurğulayıb.
Erik Bayden administrasiyasının kriptovalyutalara qarşı sərt mövqeyini tənqid edib. O, atasının bitkoinin dəyərini artırmaqda mühüm rol oynadığını və bunun nəticəsində kripto bazarının 1 trilyon dollar dəyər qazandığını bildirib.
Oğul Tramp ailəsinin kriptovalyutaları dəstəkləməyə və ənənəvi maliyyə institutlarına qarşı mübarizə aparmağa davam edəcəyini söyləyib.
Baxış sayı:95
Bu xəbər 11 Dekabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















