Icma.az
close
up
RU
“Trampın Panama kanalı ilə bağlı təhdidləri Çini hərəkətə keçirəcək, çünki Pekinin…” ŞƏRH

“Trampın Panama kanalı ilə bağlı təhdidləri Çini hərəkətə keçirəcək, çünki Pekinin…” ŞƏRH

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 ABŞ Prezidenti Co Bayden və onun xələfi Donald Tramp çərşənbə günü tamamilə ziddiyyətli Milad mesajları veriblər.

Bu barədə Sfera.az-a politoloq Elxan Şahinoğlu məlumat verib.

O xatırladıb ki, Bayden “xeyirxahlıq və şəfqət” haqqında qısa, ənənəvi mövsümi mesaj göndərsə də, Tramp Milad mesajlarında yenə ərazi iddialarına işarə edib.

“Trampın Panama kanalını ələ keçirilməsi, Qrenlandiyanın satın alınması və Kanadanın ilhaqı ilə bağlı mesajları beynəlxalq aləmdə narahatlığı artırıb.

Tramp solçulara da maraqlı mesaj göndərib. “Məhkəmə sistemimizə və seçkilərimizə daim mane olmağa çalışan radikal sol çılğınların Milad bayramını təbrik edirəm”, - o qeyd edib. Baydenin “bütün amerikalılara” bayram istəklərindən fərqli olaraq,

Tramp postlarında ölkə daxilində və xaricində siyasi qütbləşməni gücləndirməyə çalışır.

O, birinci dəfə prezident seçiləndə də rəqiblərini hədələmişdi. Tramp bu dəfəki Yeni il təbrikində Panama kanalına “xüsusi yer ayırıb”.

“Panama kanalını qanunsuz istismar edən Çinin sevimli əsgərlərini təbrik edirəm”, cümləsində həm Panama dövlətinə, həm də Çinə təhdid yer alıb”.

Ekspertin sözlərinə görə, Tramp hesab edir ki, Panama dövləti kanaldan istifadə edən ABŞ ticarət gəmilərindən böyük miqdarda gömrük haqqı alır:

“Pekin son illərdə Panama dövlətinə böyük yatırımlar həyata keçirib. Çinin Panama kanalının ətrafında ümumi həcmi bir neçə milyard dollarlıq yatırımları var.

Bu səbəbdən Pekin Trampın “Panama kanalı Amerikaya məxsus olmalıdır” təhdidinə ciddi yanaşıb. Trampın təhdidi həm Çinin yatırımlarına təhdiddir, həm də kanal üzərindən idxal-ixrac əməliyyatları həyata keçirən Çin məhsullarının qiymət artımına səbəb ola bilər.

Tramp Prezident seçiləndən sonra Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqinə də hazırlaşır”.

E.Şahinoğlu bildirdi ki, Pekinin də Trampa mesajı var: ““Çin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı qarşılıqlı faydalıdır.

Heç kim ticarət müharibəsində və ya tarif müharibəsində qalib gəlməyəcək”,-Pekindən bildirilib. Bu, Çinin Trampa xəbərdarlığıdır. Yəni Ağ Evin yeni sahibi ticarət müharibəsinə başlasa, Çinlə yanaşı, ABŞ da zərər görəcək.

Trampdan sərt mövqe gözləyən Çin Asiyanın böyük dövlətləri, xüsusən Hindistan, Yaponiya, İndoneziya və Vyetnam ilə münasibətlərində taktiki düzəlişlər etmək məcburiyyətində qalacaq”.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri