Icma.az
close
up
RU
Trampın patriotları və Zelenskinin Patriot ları...

Trampın patriotları və Zelenskinin Patriot ları...

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qan Turalı yazır...

2025-ci ili cəmi bir sözlə ifadə etmək lazım gəlsəydi bu söz şübhəsiz ki, müharibə olardı. Doğrudan da, bu il son dərəcə qanlı və qadalı oldu. İsrail-İran müharibəsi, Rusiya-Ukrayna müharibəsi... Suriyadakı ələvi qırğınları, indi isə druzlarla müharibə... Pakistan və Hindistan məsələsini də unutmayaq. Nə yaxşı ki, Qafqazda sülh gündəliyi müzakirə olunur və qanlı-qadalı ilin ən fərəhli hadisəsi də budur. Bir də PKK-nın tərksilah edilməsi...

İran-İsrail müharibəsi cəmi 12 gün davam etdi. ABŞ-nin də qoşulduğu bu müharibə sürətlə yekunlaşsa da Ukrayna-Rusiya müharibəsi 41 aydır ki, davam edir. Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamalarına görə 2025‑də ilin əvvəlindən iyula qədər Rusiyanın itkiləri təqribən 138 min nəfər olub. "The Economist" Ukraynanın itkilərinin bundan daha az- 100 min olduğunu güman edir. Dəqiq rəqəmlər isə yəqin ki, onilliklər ərzində üzə çıxacaq.

Müharibənin bu günlərində ABŞ tərəfindən Ukraynaya yeni silahlar verilməsi gündəmə gəlir. Ağ Evdəki kameralar qarşısında tarixin ən böyük deyişməsindən sonra belə bir addımın atılması bir çox cəhətlər üzrə maraq doğurur. Doğrudur, Trampın Ukraynaya "Patriot" raket sistemlərini verməsi ABŞ-də heç də birmənalı qarşılanmır. Respublikaçı konqresmen Taylor Qrin və Trampın keçmiş müşaviri Stiv Bennon silah yardımının Trampın seçki kampaniyasındakı çıxışları ilə ziddiyyət təşkil etdiyini və MAGA (Amerikanı Yenidən Güclü Et) yanaşması ilə üst-üstə düşmədiyini bəyan edir. Ağ Ev sözçüsü isə bu etirazların seçicilərin iradəsini əks etdirmədiyini bildirir.

Bu gündən etibarən Ukraynaya "Patriot" zenit-raket komplekslərinin ilk tədarükünə başlanıb. Raket batareyaları Almaniyadan Ukraynaya göndərilir. Bunların əvəzində isə Almaniyanın ABŞ-dən yeni "Patriot" batareyaları almağı planlaşdırdığı bildirilir. Tramp ödənişlərin Almaniya tərəfindən tam şəkildə yerinə yetirildiyini də bildirib.

ABŞ-nin Ukraynaya yardımının yeni xətti bu cür olacaq: ABŞ silahları Avropa İttifaqı ölkələrinin maliyyəsi ilə alınıb Ukraynaya veriləcək. Prezident bu mexanizmdən son dərəcə məmnun görünür. Elə Ukrayna da...

Qarşıda duran əsas sual isə "Patriot" sistemlərinin Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir edəcəyidir. Hər şeydən əvvəl, Ukrayna Rusiya qarşısında hava hakimiyyəti qazanmış olacaq, Rusiyanın dron, raket və aviasiya zərbələrinə qarşı Ukraynanı qoruyacaq. Eləcə də Ukraynanın enerji infrastrukturu, komanda mərkəzləri və əsas şəhərlərinin qorunmasını əhəmiyyətli dərəcədə güclənəcək.

Doğrudur, Ukraynanın əlində altı "Patriot" raket sistemi var idi. Onlar əvvəlki ABŞ administrasiyası tərəfindən Ukraynaya verilmişdi. Bu raket sistemlərindən əsas etibarı ilə Kiyev, Xarkov, Lvovun müdafiəsi üçün istifadə olunur. Yeni "Patriot" sistemləri Ukrayna səma suverenliyini təmin etməkdə xüsusi rol oynayacaq. Bu raket sistemləri ilə Ukrayna Rusiyanın hərbi infrastrukturuna zərbə endirmək imkanı qazanacaq. Ancaq yeni sistemin də öz problemləri var. Belə ki, raketlərin qiyməti xeyli bahadır: 3-5 milyon dollar. Digər tərəfdən isə raketlərin istehsalında problemlər mövcuddur. İlk mərhələdə 17 "Patriot"un veriləcəyi bildirilir.

Hərbi ekspertlər isə "Patriot" sisteminin müharibənin gedişatında həlledici olmayacağını ancaq Ukraynanın müdafiə qüdrətini əsaslı şəkildə gücləndirəcəyini bildirir. Bu, həm də müharibənin uzanması deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri