Icma.az
close
up
RU
Trampın paylaşımı İlham Əliyevin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir

Trampın paylaşımı İlham Əliyevin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər veridiymiz kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirakçılar ilə görüşündəki çıxışından paylaşım edib.

Trampın paylaşımı ilə bağlı Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, bu, müsbət bir haldır:

"Bu, Azərbaycan lideri İlham Əliyevin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Hesab edirəm ki, bu, Azərbaycan-Amerika münasibətlərində yeni bir səhifənin açılması üçün başlanğıc kimi də qiymətləndirilə bilər. Tramp Amerika Prezidenti seçiləndən sonra dünyada sülh və təhlükəsizlik üçün ciddi çalışmalar həyata keçirən lider kimi xatırlanır. İstər Rusiya-Ukrayna müharibəsinin sonlanmasında, istərsə də Yaxın Şərqdə sülh əldə olunmasında ciddi fəaliyyət göstərir. O cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanması məsələsində də Amerikanın müəyyən cəhdlərini hiss etməkdəyik. Bu da müsbət bir məqam kimi xarakterizə oluna bilər".

Siyasi şərhçinin sözlərinə görə,  Azərbaycan liderinin Şuşa Qlobal Forumunda Donald Trampla bağlı çıxışlarına belə reaksiyanın olması bizim Cənubi Qafqazdakı lider rolumuzun, İlham Əliyevin fəal siyasət yürütməsinin göstəricisidir.

"Azərbaycanla Amerika əvvəllər də NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və s. sahələrdə birgə əməkdaşlıq ediblər. Müəyyən iqtisadi, ticarət məsələləri də daxil olmaqla fəaliyyət göstərmək mümkündür", - deyə Mübariz Göyüşlü fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri