Icma.az
close
up
RU
“Trampın planı kapitulyasiya və xəyanətdir” “Bu, sülh planı yox, gələcək münaqişələr üçün təməldir”

“Trampın planı kapitulyasiya və xəyanətdir” “Bu, sülh planı yox, gələcək münaqişələr üçün təməldir”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibənin həlli ilə bağlı yeddi bənddən ibarət planı sülhə aparan yol deyil, gələcək münaqişələr üçün təməldir.

“AzPolitika” xəbər verir ki, “The Telegraph”-da dərc edilən məqalədə belə deyilir.

"Kapitulyasiya, təslimçilik, xəyanət, satqınlıq, imtina… Bunlar Tramp administrasiyasının hazırda Avropaya təklif etdiyi qondarma, yalançı sülh müqaviləsini ən yaxşı təsvir edən sözlərdir", - məqalədə qeyd olunur.

Qəzetin fikrincə, Tramp və onun tərəfdaşları belə əcaib nəticəyə gəliblər ki, Ukraynada sülhə nail olmağın ən yaxşı yolu Putini “həyasızcasına hərbi təcavüzü”nə görə mükafatlandırmaqdır: “Ötən gün Londonda keçirilən görüşdə Qərb diplomatlarına təqdim edilən bir səhifəlik sənəddə qeyd olunan təkliflərin məğzi belədir. O, Putinə 2014-cü ildən başlyaraq zəbt etdiyi, demək olar, bütün Ukrayna ərazilərini saxlamağı təklif edir, eyni zamanda, münaqişənin mübahisəsiz qurbanları olan ukraynalılara bunun əvəzində faktiki olaraq heç nə vermir”.

Müəllif Ukraynanın işğal etdiyi Krım yarımadasının Rusiya ərazisi kimi tanınması ilə bağlı məqamı “ən çirkin” adlandırıb: “Bu güzəşt təkcə Putinin Ukraynanın müstəqilliyini məhv etmək üçün apardığı onillik hərbi kampaniyasını mükafatlandırmır, həm də müharibədən sonrakı beynəlxalq nizamın mərkəzi prinsiplərindən birinin - dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığını kobud şəkildə pozur”.

Müəlliflərin fikrincə, Tramp “təkcə dərin qüsurlu deyil, həm də qlobal sabitliyə birbaşa təhlükə yaradan sənəd” təklif edib: "Bu razılaşma əldə olunarsa, o, Putinin onsuz da yüz minlərlə insanın həyatına son qoyan və ölkənin böyük ərazilərini yaşayış üçün yararsız hala salan Ukraynaya qarşı təcavüzünə haqq qazandıracaq. Daha da əhəmiyyətlisi, bu, tükənmiş Rusiya ordusunun yenidən toplanmasına və Avropa sərhədlərinə qarşı yeni təcavüzə hazırlaşmasına imkan verəcək”.

Qəzet əlavə edib ki, Avropa öz təhlükəsizliyini artıq ABŞ-yə etibar edə bilməz.

Qeyd edək ki, Trampın yeddi bənddən ibarət planında ABŞ-dən Ukrayna üçün heç bir təhlükəsizlik təminatı yoxdur. Əvəzində, Rusiyanın Krımı ilhaq etməsi rəsmən tanınır, digər ərazilərin işğalı isə de-fakto qəbul olunur. Amerika nümayəndə heyəti aprelin 23-də Londonda Ukrayna nümayəndələri ilə bu planı müzakirə etməli idi, lakin danışıqlar nəticəsiz qaldı.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri