Icma.az
close
up
RU
Trampın planı: Ukrayna təslim olur, Azərbaycan isə… KONKRET

Trampın planı: Ukrayna təslim olur, Azərbaycan isə… KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Politoloq Natiq Miri ABŞ-da keçirilən prezident seçkiləri və bunun mümkün geosiyasi nəticələri barədə danışıb.

KONKRET.az onun məsələ ilə bağlı teleqraf.com-a müsahibəsini təqdim edir:

– ABŞ-da keçirilən prezident seçkiləri necə yekunlaşacaq, sizcə, sonda qələbəni kim aktivinə yazacaq: demokrat Kamala Harris, ya respublikaçı Donald Tramp?

– Açığı, dəqiq bir şey söyləmək çətindir, qeyri-ciddilik olardı. Aparılan müxtəlif sorğular mübarizənin başabaş getdiyini göstərir. Bəzilərində Tramp, digərlərində Harrisin öndə olduğu görünür. Amma bir şeyi qeyd eləmək lazımdır ki, ABŞ özünü “demokratiyanın beşiyi” adlandırsa da, Amerikada prezidenti xalq seçmir. Amerikada xalqa belə bir haqq və etimad tanınmır. Xalq öz namizədini seçir, yekun qərarı isə ştatlar üzrə seçici qurumlar verir. Həmin qurumlar sonda toplanıb prezidenti müəyyən edirlər. Yəni ABŞ seçkiləri “xalq səsverməsi və ya demokratik seçki” anlamına gəlməməlidir.

Digər yandan, bu namizədlərdən birinin seçilməsi qlobal və bəşəri anlamda dünyaya müsbət heç nə qazandırmayacaq. Zaman-zaman Trampın iqtisadi anlamda ABŞ-ı gücləndirəcəyi, Harrisin də sosial yöndə ciddi addımlar atacağı kimi fikirlər səsləndirilir. Bəlkə də ABŞ üçün nələrsə ola bilər, amma insanlıq bundan heç nə udmayacaq. Çünki şüurlarda dəyişiklik yoxdur. ABŞ-ın dünya siyasətində insan amili əsas deyil. İndiyədək Tramp və ya Harrisin dilində insanlıq adına bir cümlə eşitmisinizmi? Bu, ABŞ-ın özünün məsələsidir, daxili siyasi qüvvələr arasındakı mübarizədir, qlobal maliyyə şəbəkələri arasındakı rəqabətdir. Həmçinin bu, qlobal müharibə boslarının milyardlar və trilyonlar uğrunda döyüşüdür.

ABŞ seçkilərindən danışırıqsa, insanlıq adına heç nə iddia etmək mümkün deyil. Yəni yekun seçimin bu anlamda heç bir mənası yoxdur. Harris və ya Tramp dünya üçün heç nə ifadə eləmir. Əksinə, bu seçim yeni göz yaşları gətirəcəksə, onların ikisindən birinin seçilməsinin nə anlamı var?..

– Bizi maraqlandıran gələcək ABŞ prezidentinin Azərbaycan siyasətinin necə olacağı ilə bağlıdır. Məsələn, həmin şəxs Harris olsa, bu, ABŞ-ın Azərbaycan siyasətinə necə təsir edəcək?

– Harris Demokratlar Partiyasını təmsil edir. Demokratların son illərdə yürütdüyü siyasət ABŞ-ın hegemonluğu və etimadına çox ciddi zərər verib. Bayden dönəmində ABŞ xəyanətkarcasına əfqanları yarı yolda qoyaraq, arxasına baxmadan qaçdı, milyonlarla insanı sərt şəriət rejiminin (Taliban) “mərhəmət”inə buraxdı. ABŞ bununla sübut elədi ki, onun yalnız maraqları var, heç bir anlaşma və beynəlxalq hüquq vecinə deyil.

Harrisə Bayden hakimiyyətinin davamı kimi baxmalıyıq. Bu hakimiyyətin davamında ABŞ və dünyanı müsbət heç nə gözləmir. Çünki Əfqanıstanı yarı yolda qoyaraq qaçan ABŞ həm də Rusiya-Ukrayna müharibəsinə rəvac verən gücdür. Bu gün Yaxın Şərqdəki amansız müharibələrə rəvac verən yenə Demokratlardır. Onların “ABŞ-ın hegemoniyası” adı altında yürütdüyü siyasət tamamilə iflasa uğrayıb. İndi bunun davamı ABŞ və ya insanlığa nə qazandıracaq? Buna görə də, Harrisdən insanlıq üçün müsbət siyasət gözləmək mümkün deyil.

– Trampdan nə gözləməliyik?

– Tramp haqda da müsbət heç nə demək olmur. Düzdür, Tramp ayrı-ayrı regionlar barədə Demokratlar kimi düşünmür, ABŞ-ı iqtisadi güc kimi önə çıxaracağını deyir, amma o, bir dövləti idarə edə biləcək bir adam deyil. Tramp biznesmendir, yəni mənfəət təfəkkürü ilə hərəkət edən adamdır.

Trampın erməni katalikosu I Arama zəng eləməsi hansı anlama gəlir? Ermənistanın bir dövlət başçısı var – Nikol Paşinyan. Ona zəng olunmur, guya bir katolikos seçkilərdən əvvəl ABŞ-da yaşayan ermənilərə təsir edəcək. Bu, əxlaqi baxımdan doğru yanaşma deyil.

Trampın vaxtilə Azərbaycanla biznes fəaliyyətləri olub. Bu baxımdan Azərbaycanı tanıyır və münasibəti müsbətdir. Amma kimsə fikirləşirsə ki, kimsə gələcək, daha yaxşı olacaq, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Əfqanlar ABŞ-a güvənmişdilər, bəs sonda nə oldu? Ukrayna da ABŞ və Avropaya güvənmişdi, indi nə baş verir? Buna görə də, hər bir xalq və dövlət özünə güvənməlidir. Bizim yolumuz kiminsə prezident seçilməsinə hesablanmayıb, bizim öz yolumuz var və bu xətt üzrə irəliləyirik.

İndi əsas məsələ və hədəf yeni dünya düzənində cazibə mərkəzi olmaqdır. Qayə bəllidir: Qızılalma. Bütün Türk dünyası vahid güc olmalıdır. Əgər ABŞ, Çin və digər qlobal güclər dünyanı bölüşdürmək istəyirlərsə, biz kiminsə yanında olmalı deyilik, özümüz cazibə mərkəzi olmalıyıq. Hədəf budur.

“Tramp gələcək, yaxşı olacaq” deyimləri illüziyadır, özümüzü aldatmayaq.

– Dünyada ABŞ seçkiləri kontekstində ən çox müzakirə olunan mövzu Ukraynanın gələcəyidir. Ukraynanı bundan sonrakı dönəmdə nə gözləyir?

– ABŞ seçkilərinin nələrə yol açacağı ilə bağlı ehtimal qeyri-müəyyəndir. Məsələn, Tramp bəyan edir ki, o qalib gəlsə, Rusiya müəyyən şərtlərlə sülhə getməlidir. Bu olmasa, alternativi ABŞ-ın Ukraynanı bütün növ strateji silahlarla təmin etməsidir. Bu, Rusiya üçün böyük problemlər yaradacaq. Əgər ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verilsə, Moskva üçün yaxşı olmayacaq. Trampın başqa bir planı Ukraynanın müəyyən ərazi güzştləri hesabına Rusiya ilə razılaşmaya getməsi ilə bağlı ola bilər. Yəni Ukraynaya verilən təklif bu olacaq.

Trampın mümkün qələbəsi ilə başqa bir gəlişmə də ola bilər. Bu da ABŞ-ın geri çəkilməsi və müharibənin bütün yükünün Avropanın üzərinə düşməsi ilə əlaqəlidir. Perspektivlər bunlardır. Bunlardan hansının olacağı Avropa Birliyinin qərarı və ABŞ seçkilərinin nəticələrindən asılı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri