Icma.az
close
up
RU
Trampın portreti ABŞ dolları nominalında olan kolleksiya sikkəsində yer alıb

Trampın portreti ABŞ dolları nominalında olan kolleksiya sikkəsində yer alıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp son 100 ildə portreti sağlığında ABŞ pulunda əks olunan ilk ölkə prezidenti olub. ABŞ Sikkəxanası çərşənbə günü Trampın təsviri olan 1 dollarlıq kolleksiya sikkəsini satışa çıxarıb.

Sikkə ABŞ-ın 250 illik yubileyinə həsr olunub. Onun üzərində Trampın portreti ilə yanaşı, “Azadlıq” və “Allaha güvənirik” ifadələri həkk olunub.

ABŞ Sikkəxanası 25 sikkədən ibarət dəsti 61 dollara, 100 sikkəlik kisəni isə 154 dollar 50 sentə satışa çıxarıb. Lakin satış başladıqdan cəmi bir neçə saat sonra qurumun saytında sikkələrin artıq “hazırda mövcud olmadığı” barədə məlumat yerləşdirilib.

Sikkəxananın açıqlamasında bildirilib ki, yeni məhsul ABŞ tarixinin bu mühüm yubileyinin qeyd olunması çərçivəsində hazırlanıb və müasir kolleksiyalara dəyərli əlavə kimi nəzərdə tutulub.

Sikkələri internetlə yanaşı, Vaşinqtonda ABŞ Sikkəxanasının satış avtomatlarından da əldə etmək mümkündür.

Xarici görünüşünə görə qızılı xatırladan sikkələr, əslində, qızıldan hazırlanmayıb. Onların hazırlandığı ərintinin 88,5 faizi misdən, qalan hissəsi isə sink, manqan və nikeldən ibarətdir.

Bu ilin mayında ABŞ maliyyə naziri Skott Bessent ölkənin 250 illiyi münasibətilə Donald Trampın portreti əks olunan 250 dollarlıq əskinasın buraxılmasının planlaşdırıldığını açıqlamışdı. Lakin ABŞ qanunvericiliyi sağ olan şəxslərin portretlərinin pul nişanlarında yerləşdirilməsini məhdudlaşdırır. Tramp tərəfdarlarının bu qaydadan istisna yaradılması ilə bağlı Konqresə təqdim etdiyi qanun layihəsi isə hələ qəbul edilməyib.

Bessent planları açıqlayarkən xatırladıb ki, sağ prezidentin portreti daha əvvəl də ABŞ pulunda yer alıb. Söhbət Kalvin Kulicdən gedir. Onun portreti ABŞ-ın müstəqilliyinin 150 illiyi münasibətilə buraxılmış yarımdollarlıq sikkədə Corc Vaşinqtonun profili ilə birlikdə əks olunmuşdu.

Tramp administrasiyası yeni sikkənin qanuniliyini əsaslandırarkən 2020-ci ildə qəbul edilmiş kolleksiya sikkələri haqqında qanuna da istinad edir. Həmin qanun yaşayan şəxslərin təsvirinin sikkələrin arxa tərəfində - reversində yerləşdirilməsini qadağan edir, lakin ön tərəfə - aversə dair eyni qadağanı nəzərdə tutmur.

Məhz buna görə də Trampın portreti yeni 1 dollarlıq sikkələrin aversində yerləşdirilib.

Bundan başqa, 1866-cı il tarixli Teyer düzəlişi də yaşayan şəxslərin portretlərinin ABŞ pulunda istifadəsini məhdudlaşdırır. Lakin bu norma əskinaslara şamil olunur və sikkələrə tətbiq edilmir.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see371

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see344

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see344

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see320

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see315

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see247

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see238

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see238

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see209

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see205

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see204

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see192

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see191

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see187

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see183

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see183

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see183

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri