Trampın prezidentliyinin ilk 100 günü ABŞ da əksəriyyətin gözləntilərini doğruldub
Icma.az bildirir, Apa.az portalına istinadən.
Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi fəaliyyəti 10 amerikalıdan 7-nin gözlədiyi ilə üst-üstə düşür.
APA xəbər verir ki, bunu “Associated Press” üçün NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib.
Respondentlərin 10-dan yalnız 3-ü Trampın hərəkətləri ilə gözləntilərinin doğrulanmadığını bildirib.
Agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır.
Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır. 62% isə ABŞ-ın Tramp dövründə yanlış istiqamətdə getdiyinə inanır.
Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir.
Amerikalıların təxminən üçdə biri vitse-prezident J.D.Vens haqqında müsbət fikirdə olduqlarını bildiriblər.
Respondentlərin 10-dan dördü Səhiyyə və İnsan Xidmətləri Katibi Robert Kennedi haqqında müsbət fikirdədir.
Qeyd edək ki, sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Aprel 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















