Icma.az
close
up
RU
Trampın Putinə qarşı ultimatumu neft qiymətlərini kəskin dəyişdi

Trampın Putinə qarşı ultimatumu neft qiymətlərini kəskin dəyişdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın Vladimir Putinə qarşı verdiyi ultimatum dünya bazarında neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub və onları aylıq maksimuma yaxınlaşdırıb. Lakin artıq növbəti gün qiymətlər bir qədər "sakitləşib”.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata əsasən, Brent markalı neftin fyuçersləri 10 sent ucuzlaşaraq bir bareli 71,58 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 11 sent ucuzlaşaraq bir bareli 69,11 dollar olub. Bununla belə, hazırda qiymətlər yenidən artım mərhələsinə qayıdıb.

"Reuters” qeyd edir ki, hər iki neft markası iyulun 29-da keçirilmiş ticarət sessiyasının yekununda 20 iyundan bəri ən yüksək səviyyədə ticarət olunub.

Buna səbəb isə Trampın bəyanatı olub: əgər Rusiya-Ukrayna müharibəsinin dayandırılması barədə razılaşma 10 gün ərzində əldə olunmasa, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Bununla yanaşı, ABŞ maliyyə naziri Skot Bessent Çin tərəfini də xəbərdar edərək bildirib ki, əgər Pekin Rusiyadan neft almağa davam edərsə, bu ölkəyə qarşı 100 faizlik rüsumlar tətbiq oluna bilər. Pekin isə hələlik Rusiya xammalından imtina etməyə hazır olmadığını göstərmir.

"Əgər Putin güzəştə getməsə, son günlər tətbiq edilən 4–5 dollar həcmindəki tədarük riski premiumu qüvvədə qalacaq”, — deyə Vanda Insights analitik şirkətinin təsisçisi Vandana Hari bildirib.

Digər tərəfdən, bazar hələ də Venesueladan neft ixracının artmasını gözləyir ki, bu da qiymət artımını müəyyən qədər yavaşıda bilər. "Dövlətə məxsus PDVSA neft şirkətinin xarici tərəfdaşları ötən həftə keçirilmiş danışıqlardan sonra ABŞ-ın sanksiyalar altındakı ölkədə işləməyə icazə verməsini gözləyir, bu isə bazara əlavə təklifin qayıtması ilə nəticələnə bilər”, — deyə "Reuters” qeyd edir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Kreml Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində irəliləyiş nümayiş etdirməzsə, Vaşinqton Moskvaya qarşı məhdudiyyətlər tətbiq edəcək. O, həmçinin bildirib ki, Rusiya neftinin dünya bazarına tədarükü azalacağı halda, ABŞ neft hasilatını artıracaq.

Maliyyə naziri Skot Bessent isə Çini xəbərdar edərək bildirib ki, Pekin Rusiyadan neft almağa davam edərsə, bu ölkəyə qarşı 100 faizlik gömrük rüsumları tətbiq edilə bilər. Qeyd edək ki, Çin Rusiyanın əsas neft ixracatçısı hesab olunur.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see150

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri