Icma.az
close
up
RU
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var

Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən telefon danışığının baş tutduğuna dair yayılan məlumatlar diqqət çəkib.

“New York Post” Ağ Ev rəhbərinin birbaşa özünə istinadən bu iddia ilə çıxış edib. Trampın nəşrə açıqlamasında Rusiya prezidenti ilə Ukraynadakı müharibəni bitirmək üçün müzakirə apardığı bildirilib. Məlumata görə, ABŞ prezidentinin bu istiqamətdə konkret planı var, lakin o, bütün detalları gizli saxlamağa üstünlük verir.

Tramp Putinlə hansı məqamları müzakirə edib? ABŞ prezidentinin sülh planı nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib kii, liderlər arasında baş tutan telefon danışığı hər iki ölkə ictimaiyyətinə açıq şəkildə təqdim edilmədi, bir qədər gizli saxlanıldı:

“Tramp bildirdi ki, zamanı çatanda Putinlə şəxsən görüşəcək. Bu zaman nədir və ABŞ prezidenti ümumiyyətlə zaman dedikdə nəyi nəzərdə tutur? Təbii ki, bu haqda dəqiq məlumat yoxdur. Tramp Rusiyadan Çinə qarşı mühafizə üçün istifadə etmək niyyətindədir.

May ayında Çin rəhbəri Si Cinpin Moskvanı ziyarət edəcək və 9 May fazişm üzərində qələbənin 80 illiyinə həsr olunan parada qatılacaq. Pekin çalışır ki, Rusiya ABŞ-la razılaşmaya nail olmasın. Trampın niyyəti Ukraynada Rusiya üçün güzəştlərin olması və eyni zamanda bu ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün çalışmaqdır. ABŞ prezidentinin planına görə, Moskva bunun qarşılığında Pekini sıxışdırmalıdır. Rusiya bazarı Çin üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Şimal qütbü istiqamətindən hərəkət üçün də Moskvanın bu ölkəyə ehtiyacı var”.

Politoloq bildirib ki, Donald Tramp məhz sözügedən iki istiqamət üzrə irəliləyişi dayandırmaq istəyir:

“Faktiki olaraq Rusiyanın qarşısına ABŞ və Çin arasında seçim imkanı qoyulub. Ukrayna müharibəsinin taleyini də bu məsələ həll edəcək. Əgər Putin Çinlə anlaşarsa, biz Ukrayna cəbhəsində müharibənin daha da şiddətlənməsinin şahidi olacağıq. Əks halda, Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskini kapitulyasiyaya məcbur edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri