Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq
Milli.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp vərdiş olunmuş siyasi bəyanatların xaricində, bu dəfə bir kuryerlə olan dialoqu vasitəsilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, görüntülərdə Donald Trampın Oval Ofisin girişində "DoorDash" şirkətinin kuryerindən "McDonald's" sifarişini təslim aldığı görünür. Şarron adlı kuryer qarşısında ABŞ Prezidentini gördükdə təəccübünü gizlədə bilməyib.
Tramp kuryerlə söhbəti zamanı xüsusilə xidmət sektorunda çalışanları yaxından maraqlandıran "bəxşiş vergisi" mövzusuna toxunub. O, bəxşiş gəlirlərindən vergi alınmaması istiqamətindəki siyasətini bu dialoqla yenidən gündəmə gətirib.
Tramp kuryerə müraciətlə belə deyib: "Eşitdiyimə görə, ötən il ödəməli olduğun vergi yükü səbəbindən qazandığın 11.000 dollarlıq bəxşişdən məhrum olmusan. Bax, biz məhz buna görə buradayıq (bu vergini ləğv etmək üçün)."
Kuryer Şarron Prezidentin bu mesajı qarşısında sevincini gizlədə bilməyib və ötən il həqiqətən də vergi borcları səbəbindən ciddi maliyyə itkisi yaşadığını təsdiqləyib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 13 Aprel 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















