Icma.az
close
up
RU
Trampın qarşısında öhdəlik götürən Paşinyan öz məsuliyyətini dərk etməlidir ŞƏRH

Trampın qarşısında öhdəlik götürən Paşinyan öz məsuliyyətini dərk etməlidir ŞƏRH

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2 dekabr tarixində Brüsseldə Avropa İttifaqı ilə Ermənistan arasında Tərəfdaşlıq Şurasının altıncı iclasının yekunu olaraq "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı bir sənəd qəbul edilib. Həmin sənəddə bir sıra məsələlər Azərbaycan tərəfinin haqlı təpkisinə tuş gəlib. Orada Ermənistanla Azərbaycan arasında bu günə qədər aparılan sülh prosesinə uyğun heç bir məqama toxunulmayıb. TRİPP, yəni Trump yolu ilə bağlı marşruta dair hər hansı münasibət bildirilməyib. Əksinə, münasibət təxribat xarakterli bir məsələyə, guya Azərbaycan ərazisindən çıxan ermənilərin Azərbaycan tərəfindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına bildirilib. Onların qaçqın və məcburi köçkün adlandırılması özü-özlüyündə həmin qüvvələrin növbəti təxribat xarakterli planından xəbər verir və eyni zamanda prosesə pozuculuq mövqeyindən yanaşdıqlarını ortaya qoyur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" və bu sənədə rəsmi Bakının sərt reaksiyadan danışarkən bildirdi.

Onun sözlərinə görə, bəzi qüvvələr Cənubi Qafqazda sülhdən yana deyil:

"Xüsusilə də ATƏT-in Minsk qrupunu qoruyub saxlamağa can atan qüvvələr həmişə öz mövqelərini bu şəkildə büruzə veriblər. Azərbaycanın Xarici İşlər Nazirliyi vaxtında çox doğru və operativ reaksiya verib. Həmin sənədin baş verən proseslərə heç bir təsiri olmadığını bilsək belə, yenə də onların niyyətinə qarşı öz mövqeyimizi ortaya qoyduq. Bu, Cənubi Qafqazda sülhə maneçilik törətmək niyyətinin onlar tərəfindən nümayiş etdirilməsidir. Eyni zamanda Ermənistanın yanaşması təbii ki, çox yanlışdır. Ermənistanın mövqeyi, mən düşünürəm ki, sülhə heç bir şəkildə xidmət göstərmir. Ermənistan bir tərəfdən Azərbaycanla sülhdən danışır, digər tərəfdən Amerika Birləşmiş Ştatları ilə Tramp yolu ilə bağlı sənəd imzalayır, eyni zamanda Cənubi Qafqazda sülhə maneçilik törədən və sülhlə uyğunluğu olmayan belə proseslərdə iştirak edir. Bu da, təbii ki, Ermənistan rəhbərliyinin növbəti qeyri-səmimi və saxtakar addımıdır".

Müsahibimizin fikrincə, Ermənistan hakimiyyəti bu məsələyə izah gətirməli, Azərbaycanın reaksiyasına münasibət bildirməlidir:

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın qarşısında öhdəlik götürən Nikol Paşinyan bu məsələ ilə bağlı təbii ki, öz məsuliyyətini dərk etməlidir və Azərbaycanla sülh prosesinə maneçilik törədə biləcək istənilən hərəkətdən yayınmalıdır. Əks təqdirdə, bunun məsuliyyəti Ermənistan hakimiyyətinin, Ermənistan dövlətinin və erməni xalqının üzərinə düşəcək. Biz bunu bu günə qədər görmüşük. Mən düşünürəm ki, bunu düşünməli olan tərəf Ermənistan tərəfidir. Təbii ki, onlar bu məsələdə diqqətli olmalıdırlar. Ermənistan hakimiyyəti və Nikol Paşinyan yalnız seçkini düşünməməlidir. Elə düşünülməməlidir ki, seçkidə qalib gəlsə hər şey bitdi. Bu belə olmamalıdır, çünki Ermənistandakı seçki də, vəziyyət də, siyasi-iqtisadi və ictimai durum da Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən asılıdır. Çünki həmin proses əgər uğurla davam etməyəcəksə və onlar tərəfindən pozulacaqsa, bunun əks-sədası Ermənistanın daxilində mütləq şəkildə özünü göstərəcək".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri