Trampın qəbuluna getməkdən imtina etdilər FOTO/VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp 2026-cı il Qış Olimpiya Oyunlarının qızıl medalçısı olan hokkey üzrə ABŞ millisini Ağ Evdə qəbul edib.
İdman.Biz xəbər verir ki, Oval kabinetdə baş tutan görüşdə heyətdə yer alan 25 xokkeyçidən yalnız 20-si iştirak edib.
“Hər kəsi tanıdım. Sizin hər birinizi tanıyıram. İri oğlanlardır”, - deyə Tramp bildirib və idmançılarla əl sıxışıb.
Görüşə qatılmayanlar arasında qapıçı Ceyk Ettincer (“Dallas”), müdafiəçi Cekson Lakomb (“Anahaym”), hücumçular Ceyk Gentsel (“Tampa”), Kayl Konnor (“Vinnipeq”) və Brok Nelsondur (“Kolorado”).
Məlumata görə, Nelson, Lakomb, Gentsel və Ettincer Minnesota ştatında doğulublar və ya uşaqlıq illərini orada keçiriblər. Tramp administrasiyasının həmin ştatda sərtləşdirdiyi immiqrasiya siyasəti bir sıra faciəvi hadisələrə yol açdığı üçün idmançıların bu addımı etiraz əlaməti kimi qiymətləndirilir.
Xatırladaq ki, daha əvvəl Olimpiya çempionu olan ABŞ-nin qadınlardan ibarət millisi də Trampla görüşdən imtina etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Fevral 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















