Icma.az
close
up
RU
Trampın qərarı “dərin dövlət”i qəzəbləndirdi: Qorxunc ssenari

Trampın qərarı “dərin dövlət”i qəzəbləndirdi: Qorxunc ssenari

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın verdiyi qərarlar sadəcə dünyada deyil, ölkə daxilində də müzakirələrə səbəb olub. Onun addımları və açıqlamalarının ABŞ dərin dövlətini narahat etdiyi bildirilir.

Trampın Ağ Evin vahid siyasi xəttini dəyişməyə çalışması və radikal yeniliklərə cəhd göstərməsinin ABŞ üçün “qəbuledilməz” adlandıranlar az deyil. Vəziyyət belə davam edəcəyi halda, hətta “dərin dövlət”in hərəkətə keçə biləcəyi deyilir. Bəzi ekspertlərin fikrincə, seçki kampaniyası zamanı baş verən sui-qəsd cəhdləri Trampa buna görə ön xəbərdarlıq idi.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, ABŞ Prezidenti Donald Trampın ətrafında qalmaqallar səngimək bilmir:

“79 yaşlı qocaman siyasətçi ilk prezidentliyi dövründən bu yana ABŞ “dərin dövləti” ilə “toqquşmağa” davam edir. Vaşinqtonun ənənəvi oturuşmuş dövlət fəlsəfəsi xarici siyasətdə daima yayılmacı xəttə üstünlük verib. Tramp isə əksinə, daxilə qapanmağa və əsasən iqtisadi gündəmlə məşğul olmağa fokuslanırdı. Bu isə beynəlxalq sferada Rusiya, Çin kimi geopolitik rəqiblərə böyük manevr imkanları yaradırdı.

Tarixən miqrantlar ölkəsi kimi tanınan ABŞ, Trampın ilk prezidentliyi dövründə bu yöndə sərt addımlar atmış və böyük sayda miqrantın ölkəyə gəlişi məhdudlaşdırılmışdı. Amma həmin dövrdə “dərin dövlət” də boş dayanmır, əlindəki təzyiq vasitələrini işə salaraq Trampın manevr imkanlarını mümkün qədər azaltmağa çalışırdı. O zaman impiçment məsələsinin dəfələrlə gündəmə gətirilməsi, prezidentin özəl həyatı ilə bağlı bəzi skandalların gündəmdə saxlanması bu təzyiq vasitələrindən bir neçəsi idi”.

Ekspertin sözlərinə görə, ikinci dəfə prezidentliyə namizədliyini elan etdikdən sonra Trampla-ABŞ “dərin dövləti” arasında konfliktlər yenidən baş qaldırdı:

“Onun seçki vədləri sırasında Rusiya-Ukrayna savaşına son qoymaq, qanunsuz şəkildə ölkədə yaşayan miqrantlara qarşı sərt tədbirlər, populist iqtisadi vədlər və s. iddialı məsələlər yer alırdı. Publik şəkildə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı əlaqələrə malik olmasını elan etməsi isə ümumiyyətlə bir çox mərkəz tərəfindən qıcıqla qarşılanırdı. Trampın beynəlxalq arenada buraxacağı “boşluqlar” Putin və Çin rejimi üçün yeni fürsətə çevrilə bilərdi. Bütün bunların fonunda 13 İyul 2024-cü ildə Pensilvaniyada Trampa qarşı sui-qəsd təşkil olundu. Hücum zamanı bəxti gətirən milyarder qulaq nahiyəsindın aldığı yara ilə canını qurtara bildi.

15 Sentyabr 2024-cü ildə isə Trampa qarşı ikinci sui-qəsdə cəhd edildi, lakin bu dəfə də uğursuzluqla yekunlaşdı və silahlı şəxs zərərsizləşdirildi. Beləliklə kimlərinsə inadla Trampı aradan götürməkdə israrlı olduğu göründü. Bu məqamda isə ilk ağlagələn məhz ABŞ “dərin dövləti” oldu. Çünki iki tərəf arasında hədsiz dərəcədə fikir ayrılıqları, uzlaşmayan məqamlar var. İki uğursuz sui-qəsd cəhdindən sonra özündə güc tapan Donald Tramp noyabrdakı seçkidə demokrat rəqibi Kamala Harrisə ciddi fərqlə qalib gəlməyi bacardı”.


Elvin Baxşalızadə

E.Baxşalızadə bugün Trampın növbəti dəfə prezident seçilməsinin bir ayının tamamlandığını vurğulayıb:

“Bu bir aylıq müddətdə o, böyük qalmaqallarla, uzun illər ərzində inşa olunan beynəlxalq nizamı təhdid altına salan açıqlamalarıyla diqqət çəkib. Sözügedən açıqlamalardan və qərarlardan bəzilərinə nəzər yetirək:

1) Kanada və Danimarkaya(Qrenlandiya adası) ərazi iddiası qaldırması. Kanadanı ümumiyyətlə suveren dövlət kimi qəbul etməməsi. Meksika körfəzinin adının dəyişdirilməsinə cəhd.

2) Ölkə daxilində sənədsiz yaşayan miqrantlara qarşı sərt tədbirlərə start verməsi. Onların bir hissəsi bu 30 günlük müddətlə artıq ABŞ-dan qovulub.

3) Çin, Kanada, Meksikadan idxal olunan bir çox məhsullara yüksək tariflərin müəyyən edilməsi haqda qərarlar verməsi.

4) LGBT mövzusunda sərt addımların atılması. Trampın bu addımı ölkənin mühafizəkar kəsimi tərəfindən dəstəklənsə də, dünyanın bir çox yerində ona qarşı etiraz səsləri yüksəlməyə başladı. Xüsusilə bəzi qlobalistlər bu mövzuda Ağ Ev liderini sərt şəkildə qınadılar

5) Rusiya-Ukrayna savaşını tələsik bitirmək istəyi. Tramp seçki dönəmində 24 saata bitirməyə söz verdiyi bu müharibəni tələsik “dondurmaq” üçün əlindən gələni edir. O ilk başlarda tərəflərin itkilərini şişirdilmiş şəkildə təqdim edərək hər iki ölkə üzərində təzyiq yaratmağa çalışdı. Sonra Rusiya tərəfini yeni sanksiyalarla, ucuz neftlə “vuracağını” dilə gətirdi. Növbəti məqamda isə savaşın daha zəif bəndi olan Ukrayna tərəfini hədəf aldı. Tramp son bir neçə gündə Ukraynadan ağlasığmaz şeylər tələb edir. Bu bir daha onu göstərir ki, ABŞ prezidentinin bu savaşı qısa müddətdə bitirmək üçün konkret planı olmayıb. Bu sadəcə seçki dönəmində verilmiş populist bəyanat idi.

Cəmi 1 ay ərzində Donald Tramp bu qədər kəskin, qalmaqallı addımlar atıbsa, qarşıdakı 4 illik müddətdə o, komandası ilə birlikdə daha hansı sensassiyalı işlər ortaya qoya bilər? Bütün bu baş verənlər dərin dövləti və qlobalist elitanı ciddi narahat edir. Ehtimal edirəm ki, həmin mərkəzlər Trampa bir müddət səbirlə dözəcəklər. Əgər hazırkı prezident radikal addımlar atmağa və bu şəkildə “şıltaqlığa” davam edəcərsə, qeyd olunan mərkəzlər böyük ehtimalla onu bağışlamayacaq. Prezident hansısa növbəti sui-qəsd və ya “qəzada” həyatını itirəcək. Belə görünür, Trampı başqa cür heç kim dayandıra bilməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Fevral 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see356

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see171

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see170

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see163

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see139

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see137

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see137

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see136

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see135

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see132

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see132

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see126

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see125

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see124

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see124

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see123

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri