Icma.az
close
up
RU
“Trampın Qəzza planı İsraildə siyasi dəyişikliklərə yol aça bilər“ İsrail mətbuatı

“Trampın Qəzza planı İsraildə siyasi dəyişikliklərə yol aça bilər“ İsrail mətbuatı

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ağ Evdə baş tutan görüdə Netanyahunun solğun üzü, gərgin və əzgin görkəmi artıq onun siyasi iradəsinin sındığını göstərir..."

ABŞ prezidenti Donald Trampın açıqladığı sülh planı İsraildə illərlə davam edən siyasi və hərbi münaqişələrə yeni mərhələ açıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haaretz" nəşri yazıb.

İsrail cəmiyyətində sağlam düşüncəli və humanist təbəqə, yəni Qəzzada HƏMAS tərəfindən saxlanılan 48 girovun azad edilməsini və sonsuz savaşa son qoyulmasını arzulayan insanlarTrampın sözlərini ümidlə qarşılayıb. Ən diqqətçəkən məqam girovların, hətta ölülərin də 72 saat ərzində geri qaytarılması vədləri olub. Tramp bildirib ki, bu plana artıq Netanyahu, ərəb və müsəlman dövlətləri, eləcə də Avropa razıdır, qalan yalnız HƏMAS-dır.

Lakin İsrail baş naziri Binyamin Netanyahu, görünür, bu "razılıq" addımını istəksiz atıb. Çünki HƏMAS-ın "yox" cavabı müharibəni davam etdirmək üçün bəhanə ola bilərdi. Trampın etibarlı adamları - Yaxın Şərqdə biznes maraqları olan Stiv Uitkoff və Cared Kuşner vasitəsilə toxunan bu plan, əslində, HƏMAS-ın mövqeyindən asılı olaraq boşluqlarla doludur.

Fələstin dövlətinin perspektivi və Netanyahunun məcburi geri addımı

Trampın sənədindəki hər bir bənd böyük regional və siyasi dram yaradır. Netanyahu həftə əvvəl "yalnız cəsədim üzərindən" dediyi məsələlərə imza atmağa məcbur olub. Bunlar arasında Fələstin dövlətinə aparan yolun açılması, İsrail ordusunun Qəzzadan tam çıxarılması (yalnız təhlükəsizlik zolağı istisna olmaqla) və HƏMAS-ın "sülh öhdəliyi" ilə bölgədə silahsız qalması var.

Eyni zamanda, Tramp "Avraam sazişlərinin" genişlənməsini də şəxsi layihəsi kimi irəli sürüb. Ağ Evdə qarşıdakı üç ildən çox müddətdə bu məsələ ilə şəxsən məşğul olacağına şübhə yoxdur. Netanyahu isə əgər aldatmağa və ya boyun qaçırmağa çalışsa, Nobe­l Sülh Mükafatına can atan ABŞ prezidentinin sərt təzyiqi ilə üzləşəcək.

Trampın çıxışı yorğun və bəzən istehzalı təsir bağışlayıb, lakin əslən sarsılan Netanyahu olub. Onun solğun üzü, gərgin və əzgin görkəmi artıq siyasi iradəsinin sındığını göstərib. Bir vaxtlar fürsətləri dəyərləndirən Netanyahu indi məhkəmə prosesləri, radikal müttəfiqlərin təzyiqləri və dağılmaqda olan koalisiya ilə üz-üzədir.

Koalisiyanın dağılması və seçkilərin yaxınlaşması

Trampın planı Netanyahunun daxili siyasi dayaqlarını da zəiflədib. Qərb sahilində ilhaqdan, Qəzzada yeni yaşayış məntəqələrinin salınmasından imtina, əksinə, Fələstin dövlətinə yol açan addımlar - bunlar İtamar Ben-Qvir və Betsael Smotriç kimi ifrat sağçı tərəfdaşların hökumətdə qalmasını mümkünsüz edir. 2026-cı ilin əvvəlində seçkilərin keçirilməsi real ehtimal kimi görünür.

Üstəlik, Tramp Netanyahunu Qətərin baş naziri qarşısında uğursuz Doha hücumuna görə üzr istəməyə məcbur edib. Bu, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Netanyahunun imicinə zərbə olub. Qətərlilər isə bundan yalnız fayda əldə edib. ABŞ mətbuatı yazır ki, məhz bu fiasko Trampı razılaşmanı sürətləndirməyə sövq edib.

Ailə, etinasızlıq və cəmiyyətin qəzəbi

Netanyahunun ailəsi Nyu-York səfəri zamanı girovların qohumları ilə görüşməkdən imtina edib. Onların müraciətləri rədd edilib, etinasızlıq sərgilənib. Sara Netanyahu hətta Lubaviç ravvinin qəbrini ziyarət zamanı yanına yaxınlaşan girov ailələrinə üzünü çevirməyib. Bu, İsraildə ictimai qəzəbi daha da alovlandırıb.

Beləliklə, Trampın planı İsraildə yeni siyasi reallıqlar doğurub: girovların azadlığı və müharibənin dayandırılması üçün ümidlər artsa da, Netanyahu həm daxili koalisiyada, həm də xalq qarşısında zəifləyir. ABŞ-ın təşəbbüsü İsraili həm özündən, həm də baş nazirindən xilas etməyə çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri