Trampın reytinqi minimuma düşüb Əsas ictimai narazılıq immiqrasiya siyasətindədir
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın ümumi dəstək reytinqi 38 faizə enib ki, bu da onun hazırkı prezidentlik dövründə ən aşağı göstəricidir.
“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agnetliyi və “Ipsos” sorğu agentliyinin birgə keçirdiyi rəy sorğusunun nəticələrində deyilir. Yanvarın ortalarında Trampın dəstək səviyyəsi 41 faiz təşkil edirdi.
Sorğu cümə günündən bazar gününə qədər aparılıb və ABŞ-nin Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının Minneapolis şəhərində baş verən son insidentlərindən əvvəl və sonra toplanmış cavabları əhatə edib.
Araşdırmaya görə, Trampın reytinqinin enməsinin əsas səbəbi amerikalıların onun administrasiyasının immiqrasiya siyasətindən narazı qalmasıdır. Bununla belə, Ağ Ev rəhbəri bu sahədə hələ də öz sələfi, keçmiş demokrat prezident Co Baydenlə müqayisədə daha yüksək göstəricilərə malikdir.
Sorğu nəticələri göstərir ki, amerikalılar immiqrasiya məsələsində Respublikaçılar Partiyasına daha çox etimad edir. Respondentlərin 37 faizi bu mövzuda respublikaçıların daha effektiv olduğunu düşünür, 32 faiz isə demokratlara üstünlük verir. Qalan iştirakçılar mövqelərini müəyyənləşdirmədiklərini bildiriblər.
Məlumata görə, respondentlərin 39 faizi Trampın immiqrasiya sahəsində fəaliyyətini bəyənir, 53 faizi isə bu siyasəti dəstəkləmir. Ayın əvvəlində bu göstəricilər müvafiq olaraq 41 və 50 faiz idi. Eyni zamanda, sorğuda iştirak edənlərin 58 faizi ICE əməkdaşlarının tədbirlərdə “həddən artıq sərt davrandığını” bildirib. 12 faiz bu tədbirləri kifayət qədər sərt saymır, 26 faiz isə onların “məqbul səviyyədə” olduğunu düşünür.
Qeyd edək ki, yanvarın əvvəlində Minneapolisdə ICE-nin keçirdiyi əməliyyatlardan sonra şəhərdə geniş ictimai etirazlar baş vermişdi. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və administrasiya nümayəndələri agentlərin özlərini müdafiə etdiklərini bəyan etsələr də, baş verənlər immiqrasiya siyasəti və təhlükəsizlik orqanlarının fəaliyyəti ətrafında müzakirələri daha da kəskinləşdirib.
Analitiklər hesab edirlər ki, bu hadisələr fonunda immiqrasiya mövzusu Tramp administrasiyası üçün həm daxili siyasətdə, həm də qarşıdan gələn siyasi proseslərdə əsas risk amillərindən birinə çevrilir.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















