Icma.az
close
up
RU
Trampın ritorikası: İran İsrail qarşıdurmasında strateji reverberasiyalar ŞƏRH

Trampın ritorikası: İran İsrail qarşıdurmasında strateji reverberasiyalar ŞƏRH

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir beynəlxalq münasibətlər sistemində liderlərin ritorikası və geosiyasi bəyanatları təkcə konkret diplomatik mesajlarla məhdudlaşmır, eyni zamanda regional və qlobal müstəvidə silsilə təsirlər doğurur.

Xüsusilə silahlı münaqişələrin aktiv fazaya keçdiyi dövrlərdə bu cür bəyanatlar beynəlxalq təhlükəsizlik arxitekturasında ciddi reverberasiyalara yol açır. İran-İsrail müharibəsinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ABŞ prezidenti Donald Trampın “İrandan tərk edin” məzmunlu sərt və ultimativ çıxışı, yalnız Vaşinqton-Tehran münasibətlərinin gərginliyini artırmaqla qalmır, eyni zamanda regional güc balansına, diplomatik proseslərə və qlobal enerji təhlükəsizliyinə təsir göstərən çoxşaxəli dinamikanı işə salır. Bu kontekstdə Trampın ritorikasının mümkün strateji nəticələrinin dərin təhlili, həm siyasi diskursun formalaşması, həm də beynəlxalq münasibətlərdə güc mərkəzlərinin yeni konfiqurasiyasını anlamaq baxımından əhəmiyyətlidir.

Donald Trampın "İrandan qaçın" kimi sərt bəyanatları beynəlxalq münasibətlər sistemində hansı strateji reverberasiyalara səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, İran-İsrail müharibəsinin davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Trampın “İrandan tərk edin” kimi sərt və ultimativ bəyanatları beynəlxalq münasibətlər sistemində çoxvektorlu strateji reverberasiyalara səbəb ola bilər. Trampın bu ritorikası, təkcə ABŞ-İran münasibətləri deyil, bütövlükdə qlobal güc balansı və regional sabitlik baxımından da geniş təsirlər doğurur:

"İlk növbədə, bu cür çağırış regional eskalasiyanın sürətlənməsinə təkan vermək məqsədi güdür. Trampın sərt bəyanatı İsrailə əlavə siyasi və psixoloji dəstək siqnalı verir. Bu isə İsrailin hərbi əməliyyatlarını daha da intensivləşdirməsinə stimul verə, eyni zamanda İranı daha radikal mövqe tutmağa və asimmetrik cavab verməyə vadar edə bilər . Nəticədə müharibənin coğrafiyası genişlənə və regiondakı və həmçinin regionda marağı olan digər oyunçular daha aktiv rol ala bilər".

Vüqar Zifəroğlu: ABŞ-nin sərt ritorikası fonunda Aİ-nin “vasitəçi” mövqeyi sıxışdırılır

Müsahibimiz diqqətə çatdırıb ki, Trampın bu ritorikası eyni zamanda eskalasiyanın davam etdiyi bir zamanda diplomatik kanalların daralmasına səbəb ola bilər. Trampı çıxışının ABŞ-Çin-Rusiya üçbucağında qütbləşmənin dərinləşməsinə də təkan verməsi gözləniləndir:

"Bu, Çin və Rusiya üçün İranla daha sıx əməkdaşlıq bəhanəsi və ABŞ-Avropa-İsrail oxuna qarşı yeni geosiyasi bloklaşma riski yaradır. Vurğulamaq lazımdır ki, ABŞ-nin sərt ritorikası fonunda Aİ-nin “vasitəçi” mövqeyi də sıxışdırılır. Fransa və Almaniya kimi ölkələrin balanslı mövqeyi bu cür aqressiv ritorikaya qarşı zəif qalır. Avropada parçalanmış yanaşma ABŞ-İran münasibətlərində daha da qeyri-müəyyənlik yaradır. Daha bir məqam qlobal enerji bazarına təsirlə bağlıdır".

Vüqar Zifəroğlu xatırladıb ki, hələ eskalasiyanın ilk günlərində neft bazarında qiymət artımı müşahidə edildi və bu artım sürətlə davam etməkdədir. Trampın sərt bəyanatı və İranla müharibənin davam etməsi Hörmüz boğazı ətrafında gəmilərin təhlükəsizliyini risk altına alır ki, İran artıq boğazı bağlaya biləcəyi ilə bağlı hədələrini elan edib:

"İran-İsrail müharibəsinin alovlandığı kritik mərhələdə Trampın "İranı tərk edin" məzmunlu bəyanatı regional eskalasiyanın dərinləşməsi, diplomatik kanalların tıxanması və qlobal güc balansının sərtləşməsi ilə müşayiət olunur. Bu cür sərt çıxışlar yalnız konkret siyasi mesaj deyil, eyni zamanda beynəlxalq münasibətlər sisteminə yayılmış, çoxölçülü strateji dalğalar yaradan təsirlər toplusudur".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri