Trampın Rusiya üçün müəyyən etdiyi son tarix sentyabrın 1 i başa çatır Zelenski
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ukrayna Birləşmiş Ştatlardan Rusiyaya qarşı "güclü addımlar" gözləyir.
Bakupost.az xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski bildirib.
"Hər birimiz dediyimiz və hazır olduğumuz şeylərə görə məsuliyyət daşımalıyıq... ABŞ-dan Rusiyaya qarşı hansısa güclü addımlar gözləyirik, çünki onlar bizə təklif etdilər və biz razılaşdıq. Rusiya isə hələ razılaşmayıb", - o qeyd edib.
V.Zelenski əlavə edib ki, sentyabrın 1-i ABŞ Prezidenti Donald Trampın Rusiya üçün ikitərəfli və ya üçtərəfli görüşə razılaşmaq qərarı üçün müəyyən etdiyi "iki-üç həftə" başa çatır.
"İki həftə artıq bazar ertəsi olacaq və biz bunu hamıya xatırladacağıq", - o vurğulayıb.
V.Zelenskinin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda başa çatacaq: "Müharibə hər halda bitəcək, Putin heç yerə qaça bilməyəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















