Trampın sanksiya planı: Rusiya Ukrayna müharibəsində yeni dövr başlayır?
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi niyə dalana dirəndi? Tramp tərəfləri barışdıra biləcəkmi?
Oxu.Az-ın xəbərinə görə, mövzu ilə bağlı Türkiyə Araşdırmalar Dərnəyinin (TAVAKFİ) tədqiqatçısı Ayhan Sarı "Haber Global"a danışıb.
Onun sözlərinə görə, ABŞ lideri Donald Trampın Rusiyaya qarşı təklif etdiyi sanksiyalar Bayden dövründəki sanksiyalardan fərqlidir.
Ayhan Sarı bildirib ki, indiki sanksiyalar Rusiyaya o qədər də təsir etmir, çünki onlar birbaşa sanksiyaları tətbiq edən ölkələr tərəfindən həyata keçirilir:
"ABŞ və Avropa İttifaqı (Aİ) Rusiya ilə ticarət əlaqələri olan hər hansı ölkəyə qarşı sanksiya tətbiq etmir ki, bu da Rusiyanın xeyrinədir.
Trampın bəhs etdiyi sanksiyalar isə Rusiya ilə ticarət əlaqələri olan ölkələri də vura bilər. Ona görə də Trampın sözügedən sanksiyaları qüvvəyə minərsə, Rusiyaya ciddi ziyan vura bilər".
"Hazırda Hindistan və Çin Rusiyadan neft və təbii qaz alır və ya üçüncü ölkələr üzərindən Avropanın Rusiya ilə çox ciddi ticarət əlaqələri var. Növbəti sanksiyalar tətbiq edilərsə, ruslar diz çökmək məcburiyyətində qala bilər. Amma bu, rusların müharibəni tamamilə uduzacağı anlamına gəlmir. Sadəcə olaraq, müharibə xərcləri Rusiya üçün daha da artmış olacaq", - deyə o əlavə edib.
Daha ətraflı videosüjetdə:
Trampın sanksiya planı: Rusiya-Ukrayna müharibəsində yeni dövr başlayır?


