Icma.az
close
up
RU
Trampın seçilməsi bizim üçün daha əlverişlidir Həsənquliyev KONKRET

Trampın seçilməsi bizim üçün daha əlverişlidir Həsənquliyev KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

KONKRET.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, ABŞ-də seçkilər başa çatdı.Trampın qələbəsi Azərbaycana nə vəd edir?

– ABŞ-də güclü erməni diasporası, həm də xristian həmrəyliyindən çııxış edən böyük mərkəzlər var. Ona görə Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə nə respublikaçılar, nə də demokratlar onları işğalçı kimi tanımadı və Ermənistandan işğala son qoymağı tələb etmədi. Bütün dövrlərdə ABŞ Qarabağdakı işğalçı, əli qanlı separatçı rejimin liderlərini açıq və dolayısı yolla dəstəklədi, onlara humanitar kömək adı altında maliyyə yardımı ayırdı, o cümlədən işğalçı Ermənistana.Trampın prezidentliyi dövründə biz işğala son qoyduq. Bu baxımdan Harrisdənsə onun seçilməsi bizim üçün daha əlverişlidir. Onun yaxından tanıdığı və münasibətlərdə olduğu azərbaycanlılar, bizimlə dostluq edən yəhudi diasporasının nümayəndələri var ki, bu da onun qərarlarına təsirsiz olmayacaq. Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil və digər güc mərkəzləri ilə hesablaşmalıdırlar. O seçkidə verdiyi vədlərin 20%-ni də yerinə yetirə bilməyəcək, amma ən azından Ukraynada savaşı dayandırmağa cəhd edəcək. O bilərəkdən özünü dəlisov siyasətçi adlandırır, özünü Putinə oxşatmağa, onun kimi görünməyə çalışır, çünki dünya liderlərinin Putindən necə qorxduğunu görür. Azərbaycana münasibətə gəldikdə o, bizi ədalətsiz sülhə, Qarabağ ermənilərini birtərəfli qaydada Qarabağa qaytarmağa məcbur edə bilməz.

– COP 29-un başlanmasına sayılı günlər qaldi. Ermənistanın tədbirə qatılması naminə həbsdə olan bəzi erməni hərbçilərini azad edə bilərikmi?

– Separatçı rejimin əli qana batmış liderlərini yox, digərlərini azad etmək olar. Amma Ermənistanın tədbirə qatılması naminə yox, sülh prosesinə töhfə vermək üçün. Ona görə bu kimi məsələlərdə danışıqları aparan prezidentə güvənmək lazımdır. O bu qənaətə gələcəksə ki, kimlərisə azad etmək lazımdır, deməli ölkəmizin maraqları bunu tələb edir və biz də onun qəbul etdiyi qərarları dəstəkləməliyik./teleqrafcom

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri