Icma.az
close
up
RU
Trampın sensasion “kəhanəti” gerçəkləşdi: Tarixdə ilk Min illik imperiya bərpa edilir

Trampın sensasion “kəhanəti” gerçəkləşdi: Tarixdə ilk Min illik imperiya bərpa edilir

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Konklav yeni Roma Papasını seçdi. Ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanın Sikstin kapellasındakı bacadan qalxan ağ tüstü dünyanın diqqətini yenidən Müqəddəs Taxt-Taca yönəltdi. Beləliklə yeni Papa amerikalı kardinal Robert Frensis Prevo oldu. O, özünə XIV Leo adını götürdü.

Etiraf etmək lazımdır ki, budəfəki papa seçimi gözlənildiyindən daha çox diqqət çəkdi. Çünki dini liderin seçilməsi prosesi həm də qlobal geosiyasi məkanda yeni reallıqların formalaşdığı bir zamana təsadüf etdi. Seçki müddəti və onun nəticəsi xüsusi maraqla izlənildi.

Belə ki, seçkilərdən qısa müddət əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində özünün süni intellekt vasitəsilə yaradılmış Roma Papası obrazında əks olunduğu bir fotosunu paylaşmışdı. Qızılı taxtda əyləşmiş, düyməli, dik yaxalıqlı, uzun, ağ sutanalı, barmağında həvari Pyotrun simvolu olan balıqçı üzüyü olan Trampın görüntüsü bir çoxları üçün ilk başda sadəcə siyasi zarafat təsiri bağışladı. Amma yeni papanın seçilməsi bu paylaşımın əslində çox qatlı bir simvolizm olduğunu göstərdi.

Konklavın seçkini uzatması, qərarın çətinliklə verilməsi kimi məsələlər Vaşinqtonun Vatikan üzərində mümkün təsiri ilə bağlı suallar yaradır. Tarixdə ilk dəfə olaraq amerikalı kardinalın Papa seçilməsi təsadüfi görünmür.

Aydın məsələdir ki, Trampın məqsədi Papa olmaq deyildi, amma mesajı aydındır: “Mən o qədər güclüyəm ki, Roma Papasını belə seçdirə bilərəm”.


Donald Trampın paylaşdığı foto

Bəli, Roma Papası artıq orta əsrlərdəki kimi xaç yürüşlərinə çağırış edə biləcək bir qüvvətə malik deyil. Amma Vatikan hələ də güclü mənəvi legitimlik mənbəyidir.

Sual yaranır: Donald Trampın yeni papanı seçməkdəki məqsədi nədir?

Birincisi, Papa teokratik monarxiya kimi həm tarixə, həm də qlobal yumşaq gücə sahibdir. Yeni Papanın əsas tərəfdarları isə Latın Amerikası ölkələrindədir. ABŞ katoliklərin yeni dini lideri vasitəsilə öz təsir dairəsini bu regionda artırmağa çalışa bilər. Tramp administrasiyasının Latın Amerikasına yanaşması onsuzda sərt və iqtisadi maraqlar üzərində qurulub. Məsələn, bir müddət öncə Panama kanalı ilə bağlı səslənən açıq fikirlər də bunu təsdiq edir. Hazırda isə “Papanı biz seçdirmişik” mesajı ilə bu bölgələrdə yumşaq gücün də bərpa edildiyi mesajı verilmiş oldu.

İkincisi, Roma Papasının seçilməsi siyasi təsir tarixinə malik bir fenomendir. Məsələn, Roma imperatorları I Yustinian və II Konstantin kimi hökmdarlar Papaları təyin və təsdiq edib. Daha sonralar Müqəddəs Roma İmperiyasının lideri I Otto və onun ardıcılları da Papaların seçilməsində əhəmiyyətli rol oynayıblar. Məsələnin daha aydın başa düşülməsi üçün deyim ki, bir hökmdarın, imperatorun Papanı təyin və təsdiq etməsi yalnız dini yox, həm də siyasi legitimliyin və real gücün kimdə olmasının təsdiqi kimi başa düşülürdü.

Bu gün ABŞ, xüsusən də Trampın siyasi diskursunda “Modern Roma İmperiyası” kimi təqdim olunur. ABŞ bu statusa iddialıdırsa, o zaman Roma Papasını seçməsi lazım idi. Tramp bu addımı ilə faktiki olaraq, “Mənim gücüm tarixi imperatorlarla müqayisə edilə bilər”, – mesajını verir.

Donald Tramp populistdir, şoumen təbiətlidir. Amma bu, onun atdığı addımların məntiqsiz və məqsədsiz olduğu mənasına gəlmir. Roma Papası Fransiskin vəfatından sonra Tramp zarafatla “pontifik olmaq istədiyini” demişdi. Bu, sadəcə bir zarafat kimi qəbul olunsa da, ardınca amerikalı kardinalın Papa seçilməsi artıq siyasi zarafatın gerçəyə çevrildiyini göstərir.

Hesab edirəm ki, Tramp Vatikan üzərində yumşaq, lakin təsirli bir nüfuz oyunu aparır. Bu oyun ABŞ-ın qlobal liderlik ambisiyaları ilə birbaşa əlaqəlidir. Həmçinin Vaşinqtonun yumşaq gücünün yenidən dizaynı və Vatikanın geosiyasi rolunun aktivləşməsi baxımından ciddi nəticələr doğurması gözləniləndir.

Artıq Papa sadəcə dini lider deyil – onun həm də Vaşinqtonun qlobal strategiyasının yumşaq güc uzantısı olması mümkündür. Tramp bu seçki ilə “ABŞ yalnız hərbi və iqtisadi deyil, həm də mənəvi hegemon ola bilər” mesajını verir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri