Icma.az
close
up
RU
Trampın sərt açıqlamaları İranla razılaşmaya mane ola bilər

Trampın sərt açıqlamaları İranla razılaşmaya mane ola bilər

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt ritorikasının münaqişənin sona çatdırılması yolunda ciddi problem yarada biləcəyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın açıqlamaları və “Truth Social” platformasındakı paylaşımları bəzi ABŞ və ərəb rəsmiləri arasında narahatlıq yaradıb.

Mənbələr bildiriblər ki, tərəflər hazırda “nüfuzlarını qorumağa” çalışırlar, lakin ABŞ Prezidentinin “hər şeyi qazanmaq” istəyi prosesi çətinləşdirə bilər.

Adı açıqlanmayan ərəb rəsmisi qeyd edib ki, Tramp İranla münaqişənin bitməsini istəyir, lakin Tehranın da öz mövqeyini və nüfuzunu qorumağa çalışdığını nəzərə almır.

ABŞ-nin Səudiyyə Ərəbistanındakı keçmiş səfiri və Vaşinqtonun Suriya üzrə sabiq xüsusi nümayəndəsi Mişel Ratney isə hesab edir ki, danışıqlar dövründə Tramp İran barədə ictimai açıqlamalar verməməlidir.

O bildirib ki, danışıqlar yekunlaşana qədər “tvitlər, ictimai şərhlər, təhdidlər və ya iltifatlar” olmamalıdır.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də isə Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

İran tərəfinin məlumatına görə, 40 gün davam edən qarşıdurma zamanı ABŞ və İsrailin hücumları nəticəsində 3375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsalar da, tərəflər fikir ayrılıqları səbəbindən uzunmüddətli razılığa gələ bilməyiblər.

Daha sonra, aprelin 21-də Tramp atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyası isə Tehranın ABŞ-nin birtərəfli atəşkəs uzadılması qərarını tanımayacağını və öz maraqlarına uyğun hərəkət edəcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri