Icma.az
close
up
RU
Trampın sərt açıqlaması dünyanı təşvişə saldı: Moskva bombalana bilər? ŞƏRH

Trampın sərt açıqlaması dünyanı təşvişə saldı: Moskva bombalana bilər? ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Moskvanı bombalamağı təhdid etdiyi iddiaları, son günlər beynəlxalq mətbuatın diqqət mərkəzinə çevrilib. CNN-in yayımladığı səs yazısına görə, Tramp 2024-cü ildəki seçki kampaniyası zamanı donorlarla keçirilən məxfi görüşdə, Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya müdaxilə edərsə, Moskvanı bombalayacağı barədə xəbərdarlıq edib.

Bu açıqlama, həm ABŞ, həm də Rusiya mediasında geniş müzakirələrə səbəb olub.

Rusiya hökuməti isə bu iddiaların doğruluğunu şübhə altına alıb. Kremlin mətbuat katibi Dmitri Peskov, yayımlanan səs yazısının saxta olub-olmaması barədə əmin olmadıqlarını bildirib və belə məlumatların çoxluğunu nəzərə alaraq ehtiyatlı yanaşdıqlarını vurğulayıb. Bundan əvvəl, Trampın 2024-cü ilin noyabrında Putinlə telefon danışığı zamanı Ukrayna məsələsində gərginliyi artırmaması barədə xəbərdarlıq etdiyi də bildirilmişdi, lakin Kremlin bu görüşü də rədd etdiyi açıqlanıb .

Trampın bu cür sərt bəyanatları, onun xarici siyasətindəki sərt mövqeyini və Rusiyaya qarşı tutduğu sərt kursu əks etdirir. Lakin, bu iddiaların doğruluğu hələ də mübahisəlidir və beynəlxalq münasibətlərdə yeni gərginliklərə səbəb ola bilər.

Maraqlıdır görəsən belə bir ehtimalın olması nə dərəcədə doğrudur? Rusiya hansı halda Moskvanı bombalaya bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

Trampın səs yazısının həqiqətən ona məxsus olub-olmadığı məlum deyil. Bu gün süni intellekt texnologiyalarının inkişafı səbəbindən fərqli vəziyyət yaranıb; müxtəlif şəxslərin səslərindən istifadə etmə imkanları mövcuddur. Digər tərəfdən, inanmıram ki, Amerika belə böyük bir riskə getsin. Unutmaq olmaz ki, dünyanın ən çox nüvə başlığına sahib ölkəsi Rusiyadır. Buna görə də Trampın bu cür riskli addım atacağını düşünmürəm.

Üstəlik, bu tip səs yazılarının nə dərəcədə həqiqətə uyğun olması öz-özlüyündə müzakirə mövzusudur. Eyni zamanda, ABŞ-ın Moskva paytaxtını bombalamaq cəhdi nə qədər mümkün olduğu sual altındadır və bu, real vəziyyətdən uzaq görünə bilər.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyul 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri