Icma.az
close
up
RU
Trampın Səudiyyəyə tarixi səfəri İslam dünyasını nələr gözləyir?

Trampın Səudiyyəyə tarixi səfəri İslam dünyasını nələr gözləyir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı uzun illərdir ki, ABŞ-ın Yaxın Şərqdəki əsas strateji tərəfdaşı və ən böyük silah alıcılarından biri kimi çıxış edir. Bu münasibətlərin əsas dayağını təkcə hərbi müttəfiqlik deyil, həm də geosiyasi maraqlar və qarşılıqlı iqtisadi asılılıq təşkil edir. Xüsusilə Kral Salman və onun vəliəhdi Məhəmməd bin Salmanın hakimiyyətə gəlişindən sonra ölkənin daxili strukturunda bir sıra ciddi dəyişikliklər müşahidə olunur. Dini elita əvvəlki siyasi gücünü itirməkdə, liberal islahatların yavaş-yavaş həyata keçirilməsi isə idarəetmədə yeni bir dönəmin başlandığını göstərməkdədir. Bu dəyişikliklər fonunda Qərblə, xüsusən də ABŞ-la münasibətlərin saxlanılması və dərinləşdirilməsi Səudiyyə rəhbərliyinin maraqları daxilindədir.

Maraqlıdır, Trampın bu ölkəyə səfəri yekunda nə ilə nəticələnə bilər? Ər-Riyad-Vaşiqnton xəttində Trampın sayəsində hansı dəyişikliklər gözlənilir?

Globalinfo.az-a danışan politoloq Azər Hüseynov deyib ki, Trampın Səudiyyə Ərəbistanına səfəri yeni siyasi sferanın təzahürüdür:

“Lakin qlobal silah bazarında baş verən son hadisələr bu ənənəvi dinamikanın gələcəyi ilə bağlı bəzi suallar doğurur. Xüsusilə Hindistan və Pakistan arasında yaşanan son hərbi gərginlik zamanı Çin istehsalı olan silahların effektivliyinin bəzi Qərb silahlarından üstün çıxması, silah bazarında Çin kimi yeni oyunçuların nüfuzunu artırdığına işarədir. Bu isə ABŞ-ın silah ixracatında tək dominant mövqeyinin artıq şübhə altına alınmağa başladığını göstərir.

Bununla belə, dünya iqtisadiyyatının hələ də ABŞ dollarına indeksləndiyi, beynəlxalq maliyyə sistemində Vaşinqtonun lider rolunu qoruduğu şəraitdə Səudiyyə Ərəbistanının yaxın gələcəkdə ABŞ-dan tamamilə üz döndərəcəyi real görünmür. Əksinə, ABŞ silahları texniki xidmət, təlim, logistika və siyasi təminatlar baxımından hələ də bir çox ölkələr üçün cazibədar olaraq qalır”.

Politoloq əmindir ki, ABŞ silahlarını satmağa davam edəcək, amma əvvəlki qədər rahat, dominant və çox miqdarda yox:

“Səudiyyə Ərəbistanına qarşı ABŞ tərəfindən sanksiya tətbiq olunması ehtimalı hazırkı beynəlxalq reallıqlar və geosiyasi tarazlıqlar fonunda olduqca zəif görünür. Xüsusilə Donald Tramp kimi siyasi rasionalist və praqmatik yanaşmaları ilə tanınan bir liderin zamanında bu ssenarinin gerçəkləşməsi daha da mümkünsüz görünür. Trampın hətta birinci prezidentliyi dövründə Səudiyyə ilə münasibətlərdə mübahisəli hadisələr yaşansa da, o, ümumilikdə bu müttəfiqliyin qorunmasına üstünlük vermiş və hər hansı ciddi sanksiyaya əl atmamışdı. Bu da göstərir ki, onun rəhbərliyində ideologiyadan daha çox iqtisadi və strateji maraqlar ön plandadır”.

Azər Hüseynov

Həmsöhbətimizin fikrincə, dünyada Çinin nüfuzunun artdığı, eyni zamanda, Böyük Britaniyanın da səssiz, amma davamlı şəkildə beynəlxalq siyasətdə mövqelərini bərpa etdiyi bir dövrdə ABŞ-ın belə kritik bir regiondakı müttəfiqinə qarşı sanksiya tətbiq etməsi öz ayağına güllə sıxmaq olardı:

“Çünki Səudiyyə kimi enerji resurslarına və İslam dünyasında mənəvi liderlik iddiasına sahib bir ölkəni itirmək ABŞ üçün sadəcə Yaxın Şərqdə deyil, qlobal miqyasda da strateji zərbə olardı. Digər mühüm amil isə İsrail faktorudur. Bəzi fikirlərə görə, Tramp və İsrail rəhbərliyi arasında münasibətlərdə soyuqluq yaşanır. Ancaq bu münasibətlərdə əsas müəyyənedici amil şəxsi simpatiya və ya antipatiyadan daha çox, dövlətlərin ortaq maraqları və regiondakı uzunmüddətli strategiyalarıdır. ABŞ üçün İsrail qədər Səudiyyə də bölgədə mühüm tərəfdaşdır və bu üçbucaqdakı əlaqələrin qorunması regional stabillik və enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır”.

A.Hüseynov hesab edir ki, belə bir beynəlxalq atmosferdə ABŞ-ın Səudiyyə Ərəbistanı kimi bir ölkəyə qarşı sanksiya siyasəti yürütməsi nə siyasi baxımdan ağıllı bir seçim, nə də strateji baxımdan rasional olar:

“Tramp və ya hər hansı ABŞ rəhbərliyi bu reallığı nəzərə almaya bilməz. Buna görə də, yaxın gələcəkdə Vaşinqtonun Ər-Riyada qarşı sanksiya dilini seçməsi ehtimalı zəifdir və baş verərsə belə, bu addım həm ABŞ-ın regiondakı nüfuzuna, həm də qlobal iqtisadi maraqlarına ciddi zərbə vuracaq bir yanlışlıq olar”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri