Trampın siyasəti Dünya Kubokunun boykotunu gündəmə gətirib
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il futbol üzrə Dünya Kubokunun başlanmasına cəmi beş ay qalmış turnir ciddi siyasi mübahisələrin mərkəzinə düşüb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sərt immiqrasiya siyasəti və Qrenlandiyanı ilhaq etməklə bağlı aqressiv bəyanatları Avropa ölkələrində Dünya Kubokunun boykot edilməsi ehtimalını gücləndirib.
Yanvarın 19-da Budapeştdə Macarıstan Futbol Federasiyasının 125 illiyi münasibətilə keçirilən qeyri-rəsmi görüşdə Avropanın 20 aparıcı futbol assosiasiyasının rəhbərləri bu məsələni müzakirə ediblər.
“The Guardian” qəzetinin məlumatına görə, toplantıda idman ictimaiyyətinin Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasətinə necə reaksiya verə biləcəyi əsas müzakirə mövzularından biri olub.
Qeyd edilir ki, Tramp daha əvvəl Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyadan idxal edilən mallara 10 faiz tarif tətbiq etməklə hədələyib. Bu ölkələrin əksəriyyəti artıq 2026-cı il Dünya Kubokuna vəsiqə qazanıb. Qrenlandiyaya sahib olan Danimarka isə hələ pley-off mərhələsində mübarizə aparır. Lakin Avropa futbol dairələrində Qrenlandiyaya qarşı mümkün hərbi təzyiqin turnirin boykotu üçün yetərli əsas ola biləcəyi düşünülür.
Britaniyalı deputat Saymon Hoare Dünya Kubokunun boykotunu Trampa qarşı “effektiv cavab” adlandırıb. Onun sözlərinə görə, ABŞ prezidentinin ən həssas nöqtəsi şəxsi nüfuzudur. Digər britaniyalı deputat Luke Taylor isə hökumətə müraciət edərək həm Kralın ABŞ-yə səfərinin, həm də Dünya Kubokunda iştirakın ləğv edilməsinin mümkünlüyünü gündəmə gətirib.
Almaniyadan da oxşar açıqlamalar səslənib. CDU üzvü Yurgen Hardt Almaniyanın turnirdən imtina edə biləcəyini istisna etməsə də, bunu “ifrat addım” kimi dəyərləndirib. Fransalı siyasətçi Erik Kokerel isə Tramp Qrenlandiya ilə bağlı təhdidlərini reallaşdırarsa, Fransanın Dünya Kubokunda iştirakını təsəvvür etmədiyini bildirib.
Eyni zamanda, FIFA prezidenti Canni İnfantinonun Trampa yaxın mövqeyi təşkilat daxilində də narahatlıq yaradıb. Media məlumatlarına görə, bir sıra FIFA rəsmiləri artan siyasi təzyiqlər fonunda vəziyyəti “çox həssas” adlandırırlar. Bəzi radikal dairələr hətta Dünya Kubokunun təxirə salınmasını belə gündəmə gətirir.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Dünya Kubokunun seçmə mərhələsi Azərbaycanda
09 May 2025 02:04
Dünya kubokunun 8 cisi Kalmıkov
22 May 2025 09:05
Dünya kubokunun mərhələlərinin sayı artırılıb
18 Dekabr 2024 18:33
Karlsen dünya kubokunun səfiri olacaq
19 Dekabr 2024 08:01
Bakıdakı Dünya kubokunun püşkü atılıb
30 May 2025 17:05
Baxış sayı:60
Bu xəbər 23 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















