Icma.az
close
up
RU
Trampın siyasəti İranı zəiflətdi, parçalanma planı masadadır ŞƏRH

Trampın siyasəti İranı zəiflətdi, parçalanma planı masadadır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ekspert: “Güney Azərbaycan kartı Qərbin gündəmində deyil, təhlükə qapımızdadır”

"İsrael Hayom" nəşri məlumat yayıb ki, İsrail Baş naziri Benyamin Netanyahunun korrupsiya işi ilə əfv üçün prezident İshaq Hersoqa göndərdiyi rəsmi məktub İrandakı mövcud rejimin devrilməsi ilə bağlı gizli inkişafların mümkün əlamətlərini göstərir. İsrail qəzeti İran daxilində böhranın kəskinləşməsinə işarə edərək yazıb: "Təhlükələr, təhdidlər və çağırışlarla yanaşı, İsrail bütün Yaxın Şərqi fundamental şəkildə yenidən qurmaq üçün qızıl fürsətlərlə üzləşib. Netanyahu bu məsələni Prezident İshaq Hersoqdan əfv istədiyi məktubunda vurğulayıb, o bildirib ki, qarşıdakı aylarda Yaxın Şərqdə fövqəladə inkişaflar gözlənilir". Nəşrin İsrail və ABŞ-dən olan mənbələri hesab edirlər ki, İran rejiminin vətəndaş narazılıqları fonunda devrilməsi mümkün görünür, bu, İsrailin təhlükəsizlik və strateji vəziyyətini dəyişə və onun mövcudluğuna ən böyük təhdidi aradan qaldıra bilər. “İsrael Hayom” həmçinin İsraillə Səudiyyə Ərəbistanı arasında normallaşma və əməkdaşlıq proseslərinin irəliləməsinə, eləcə də bu yolda mövcud imkan və uğurlara diqqət çəkib: “Netanyahunun məktubunda dolayısı ilə verilən mesaj budur: bu strateji uğurları yalnız o reallaşdıra bilər, daha dəqiq desək: yalnız o bacarır”. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə deyib ki, Donald Trampın birinci hakimiyyət dövründən başlayaraq İranda mövcud hakimiyyət sisteminin zəiflədiyi müşahidə olunur. Ekspert vurğulayıb ki, ABŞ-İsrail əməkdaşlığı nəticəsində İranın bölgədəki təsir imkanları xeyli məhdudlaşdırılıb: "Tehranın əsas dayağı sayılan proksi qüvvələr ciddi zərbələr alıb, SEPAH, “Hizbullah” və HƏMAS daxilində bir sıra yüksəkrütbəli şəxslər məhv edilib. İsraillə baş vermiş 12 günlük müharibə zamanı SEPAH generallarının dəqiq raket zərbələri ilə zərərsizləşdirilməsi rejimin özünəinamına ciddi xələl gətirib və onun beynəlxalq imicini zəiflədib. Belə şəraitdə həm ABŞ, həm də İsrail İran daxilindəki müxtəlif etnik qrupların rejimin zəifləməsindən istifadə edərək üsyana qalxma ehtimalını nəzərdən keçirir. Bu strategiyanın əsas məqsədi İranın enerji ehtiyatlarına nəzarəti artırmaq və regionda geosiyasi üstünlük əldə etməkdir. Onların planlarında İranda idarəolunan xaos yaratmaq, ölkəni parçalamaq və mövcud dövlət idarəetmə sistemini zəiflətmək ayrıca yer tutur. Lakin bu prosesin ərəb ölkələrindəki kimi asan baş verəcəyi gözlənilmir". 

Analitikə görə, İranda baş verə biləcək hər hansı qarşıdurma və ya xarici müdaxilə Azərbaycan üçün də ciddi təhlükələr yarada bilər: "Bəzi dairələr belə bir vəziyyətin Güney Azərbaycan türklərinin birləşməsi və ya daha geniş hüquqlar əldə etməsi üçün imkanlar aça biləcəyini düşünürlər. Amma regionun son illərdəki xüsusilə İraq və Suriya nümunələrində təcrübəsi göstərir ki, türk məsələsi, istər türkmənlər, istər digər türkdilli qruplar olsun, ABŞ-nin regional planlarında prioritet sayılmır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri