Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam!
Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.
Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.
ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Szinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.
“Ona (Si Szinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.
CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.
Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















