Icma.az
close
up
RU
“Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq...”

“Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq...”

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Nəhayət Vaşinqtonla Dehli arasında razılaşma əldə olundu. Bu razılaşma ticarət və enerji sahəsini əhatə edir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib. Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışdığını və razılaşma əldə etdiyini yazıb. İki lider ticarət razılaşmasıyla yanaşı Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıblar”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir:

“Donald Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq və daha çox nefti ABŞ-dən, mümkün variant kimi isə Venesueladan alacaq. Əgər Hindistan bu vədini yerinə yetirərsə, bu Rusiyanın problemlərini daha da artıracaq. ABŞ Prezidentinin sözlərinə görə, Dehlinin Rusiyadan neft almama qərarı hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-yə qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin “sıfıra” endirilməsi istiqamətində də addımlar atacaqlar. Tramp Dehlinin Vaşinqtonun daha bir istəyini yerinə yetirə yetirdiyini yazıb. Onun sözlərinə görə, Hindistan ABŞ-dən energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb.Vaşinqtonla Dehli arasında ticarət mövzusunda danışıqlar Tramp Prezident seçildiyi dönəmdən davam edirdi. Dehli Vaşinqtondan əvvəl Brüsellə ticarət razılaşması əldə etdi”.   

E.Şahinoğlu deyib ki, Hindistan iqtisadiyyatını inkişaf etdirmək, ixracı artırmaq məqsədilə Çindən geri qalmamağa çalışır:

“Bu arada, Hindistan hökumətinin 2026-2027-ci illər üçün büdcədə hərbi xərcləri 85.5 milyard dollar nəzərdə tutması da müşahidəçilərin diqqətindən yayınmayıb. Hindistan bu xərclər çərçivəsində hərbi texnika istehsalının və sərhədlərin qorunmasına daha çox diqqət ayırmağı planlaşdırır. Görünür, Hindistan hərbi xərcləri artırmaq qərarı qonşusu Çinin artan hərbi gücü ilə əlaqəlidir. Hindistan bu çərçivədə həm özünün hərbi-sənaye kompleksini genişləndirmək, həm də ABŞ və Avropa ölkələrindən hərbi texnika alışını genişləndirməyi planlaşdırır. Vaşinqtonla Dehli arasında əldə olunan ticarət razılaşması iki ölkə arasında hərbi-texniki əməkdaşlığa da təkan verə bilər”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri