Icma.az
close
up
RU
Trampın sülh planı Ukraynanın gələcək taleyini böyük risk altında buraxır AÇIQLAMA

Trampın sülh planı Ukraynanın gələcək taleyini böyük risk altında buraxır AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması üzrə ABŞ ilə birgə hazırlanan sülh planının yekunlaşdırılması üçün Amerika Prezidenti Donald Tramp ilə ən qısa zamanda görüşməyə hazırdır. Bu haqda Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın 28 maddəlik planının məzmununu nəzərə aldıqda Zelenski Trampla görüşməməlidir:

"Çünki həmin sülh planı, ümumiyyətlə, Ukraynanın gələcək taleyini böyük risk altında buraxır. Həmin plana görə Ukrayna böyük ərazi itkilərinə məruz qalacaq və dövlət suverenliyi, müstəqilliyi ciddi təhdid altında olacaq. Üstəlik Rusiyanın Ukrayna üzərindəki təsir gücü də artmış olacaq. Yəni bütün bunları nəzərə alanda, həmin sənədin müzakirəsi üçün Zelenskinin Donald Trampla görüşməməsi daha doğru olardı.

Ancaq Zelenskinin başqa çıxış yolu yoxdur. Amerika Birləşmiş Ştatları rəsmi Kiyevə ciddi şəkildə təzyiq göstərir. Ona görə də Zelenski Donald Trampla görüşmək məcburiyyətində qalıb. Nəzərə almaq lazımdır ki, ABŞ-nin hərbi dəstəyi olmadan Ukrayna üçün çox ağır nəticələr ola bilər. Ümumiyyətlə, dövlətçiliyin itirilmə təhlükəsi yarana bilər".

Politoloq vurğuladı ki,  Avropa Birliyinin bu məsələyə münasibəti Ukraynanın yekun mövqeyini müəyyənləşdirmiş olacaq:

"Çünki bundan əvvəl Ağ Evdə keçirilən görüşdə məhz Avropa Birliyi dövlətlərinin Ukraynaya verdiyi açıq və prinsipial dəstəkdən sonra Tramp geri çəkilmişdi və təxminən buna bənzər, Rusiyanın maraqlarına cavab verən sülh sazişinin imzalanmasının qarşısı alınmışdı. Bu dəfə də Avropa Birliyi dövlətlərinin mövqeyi həlledici ola bilər. Əgər Avropa Birliyi də ABŞ-nin təzyiqləri qarşısında geri çəkilərsə və Ukrayna ilə bağlı sənədi qəbul etmək məcburiyyətində qalarsa, o zaman Zelenski hakimiyyətinin edəcəyi bir şey qalmayacaq və qarşısına qoyulan Rusiyanın hazırladığı kapitulyasiya aktını imzalamalı ola bilər. Yəni bütün bunlar onu göstərir ki, nəticələr Ukraynadan daha çox Avropa Birliyinin mövqeyinə bağlıdır. Avropa Birliyinin mövqeyi də hələlik qeyri-müəyyən xarakter daşıyır. Son açıqlamalara görə, Avropa Birliyi təmsilçiləri yeni Tramp planını müzakirə etməyə və onun üzərində işləməyə hazır olduqlarını bildiriblər. Ancaq hansı dəyişikliklərin edilməsi barədə hələlik dəqiq məlumat yoxdur. Yəni bu baxımdan ümumi situasiyanın qeyri-müəyyən olduğunu düşünmək olar. Bu da onu göstərir ki, hazırda Ukrayna bir dövlət olaraq böyük bir təhlükə qarşısında qalıb".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri