Icma.az
close
up
RU
Trampın sülh planına böyük dəstək

Trampın sülh planına böyük dəstək

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Beynəlxalq aləm ABŞ Prezidentinin yol xəritəsini alqışlayır

Sirr deyil ki, Yaxın və Orta Şərq regionu onilliklərdir davam edən münaqişələrdən böyük əziyyət çəkir. Bu münaqişələrin ən mürəkkəb həlqələrindən biri isə təxminən 80 ildən artıq tarixə malik İsrail-Fələstin qarşıdurmasıdır. Qeyd edək ki, bu müharibənin ən son mərhələsi - 2023-2025-ci illərdə İsrail ilə HƏMAS arasında gedən müharibə yalnız regional deyil, qlobal miqyasda da təhlükəsizlik böhranını dərinləşdirdi. Çünki artıq bu və bu kimi konfliktlər yalnız iki tərəfin silahlı toqquşması ilə məhdudlaşmır - paralel olaraq enerji bazarlarına, beynəlxalq diplomatiyaya və qlobal təhlükəsizlik sisteminə təsir göstərir. Donald Trampın yenidən ABŞ Prezidenti kimi fəaliyyətə başlamasından ötən aylar ərzində dayandırdığı münaqişələr, həll etdiyi konfrantasiyaların siyahısına bu münaqişə də əlavə oluna bilər - onun təşəbbüsü ilə yeni sülh planının gündəmə gəlməsi beynəlxalq müzakirələrin əsas mövzusuna çevrilib. Plan özündə həm atəşkəsin təmin olunmasını, həm də gələcəkdə tərəflərin (Fələstin və İsrailin) problemin həlli ilə bağlı müzakirələrə başlaması imkanını ortaya qoyur.

Sülh üçün - nə etməli, nə etməməli...

Bir çox siyasi analitiklər 20 bəndlik strukturun sülh prosesinin mərhələli şəkildə irəliləməsi üçün mühüm mexanizm olduğunu təsdiqləyir. Qeyd edək ki, plana əsasən:

- Ani və tam atəşkəs: Müharibə və bütün silahlı əməliyyatlar dayandırılır. Hər iki tərəf atəşkəs rejiminə riayət etməli, hücum və raket atəşlərinə son qoyur.

- Humanitar fasilə və yardım yolu: Qəzzaya və çevrə bölgələrə dərhal humanitar yardım yolları açılır. Əhalinin əsas ehtiyacları (qida, su, dərman) təmin olunur.

- Girovların azadlığı və dəyişdirilməsi: tutulan girovlar və məhbuslar azad olunur.

- Silahsızlanma prinsipi: HƏMAS silahı tam yerə qoyur, döyüş obyektləri və tünellər məhv edilir. Silah istehsalı, saxlama obyektləri və gizli xəttlər mütəxəssis monitorinqi ilə yoxlanılır.

- Beynəlxalq Stabillizasiya Qüvvəsinin (BSQ) yerləşdirilməsi: Qəzzada və sərhəd bölgələrdə BSQ yerləşdirilir. BSQ sərhəd nəzarətini, silahsızlanmanı izləməni və ictimai təhlükəsizliyi təmin edir.

- Keçid hakimiyyəti (transitional government): Qəzza üç il müddətinə texokratlardan ibarət keçid idarəsi tərəfindən idarə olunur. Bu hakimiyyətə beynəlxalq “Barış Şurası” nəzarət edir.

- Barış Şurası (Peace Board): ABŞ, BMT, ərəb dövlətləri və beynəlxalq təşkilatlar şuraya daxil olur. Şura keçid hakimiyyətinin fəaliyyətinə nəzarət edir və raportlar təqdim edir.

- Diplomatik status və Fələstin dövlətçiliyi xəritəsi: Keçid dövrü ərzində Qəzza və Qərb Şəriyəsinin birlikdə idarəsi gücləndirilir. 3 ilin sonunda Fələstin dövləti konstitusiyalı, seçkilərlə seçilən orqanlarla yaradılır.

- İsrail qüvvələrinin mərhələli çıxarılması: Əvvəlcə şəhər daxilindəki əməliyyatlar dayandırılır, İsrail qüvvələri tədricən çəkilir. Tam çıxarılma, təhlükəsizlik şərtlərinə və monitorinqə bağlı olur.

- Təhlükəsizlik zonaları və sərhəd nəzarəti: Qəzza sərhəd ətrafında müəyyən bufer zonaları saxlanıla bilər. BSQ və Fələstin polis qüvvələri sərhədləri ortaq idarə edir.

- Həmin bölgədə polis və təhlükəsizlik qurumları: Fələstin polisinin ixtisaslaşmış bölmələri formalaşdırılır və təlim görür. BSQ ilə koorinasiyada çalışır.

- Bərpa və infrastruktur investisiyaları: Qəzza infrastrukturu (su, elektrik, yol, xəstəxana, məktəb) yenidən qurulur. Beynəlxalq donorlar (əhəmiyyətli rol ərəb ölkələrinə düşsün) maliyyə təmin edir.

- İqtisadi islahatlar və iş yerlərnin yaradılması: Xüsusi iqtisadi zonalar açılır, investisiya təşviq edilir. Fələstin gəncləri və işsizlər üçün micro-kredit proqramları tətbiq edilir.

- Qarşılıqlı diplomatik əlaqələrin normallaşması: İsrail və Fələstin diplomatik münasibətlər qurur, səfirliklər açılır. Ərəb dövlətləri Fələstin dövlətini beynəlxalq miqyasda tanıyır.

- Təhsil və mədəni əlaqələr: Məktəb proqramlarında sülh, dinc yanaşma və qarşılıqlı hörmət mövzuları yer alır. Mədəni və humanitar, idman və incəsənət layihələri reallaşır, o cümlədən cəmiyyətlər arasında əlaqə yaradılır.

- Hüquqi məhkəmə mexanizmləri və məsuliyyət: İnsan haqları pozuntularının araşdırılması üçün müstəqil tribunal təşkil edilir. Müharibə qurbanlarının ailələrinə kompensasiya mexanizmləri fəaliyyət göstərir.

- Monitorinq və hesabatlılıq sistemi: BMT və beynəlxalq müşahidəçilər hər üç ayda vəziyyəti qiymətləndirir. Müvəqqəti icra hesabatları açıqlanır, ictimaiyyətə təqdim olunur.

 - Cəza tədbirləri və sanksiyalar: Planı pozan tərəflərə beynəlxalq sanksiyalar tətbiq oluna bilər. Xarici maliyyə blokadası, diplomatik təzyiq və digər tədbirlər sanksiya kimi istifadə oluna bilər.

- Güvən yaratma tədbirləri: Hər iki tərəfdən humanitar səviyyədə birlikdə işlər - mədəni mübadilə, yardım layihələri həyata keçirir. Kiçik pilot layihələr - ortaq su təchizatı, səhiyyə mərkəzlərində əməkdaşlıq yaranır.

- Müddət və mərhələlər: Plan 3 illik əsas müddətə nəzərdə tutulur. 6 aylıq, 1 illik, 2 illik yoxlama mərhələləri olur. Hər mərhələ uğurla keçərsə, növbəti mərhələyə keçid reallışar - əks halda düzəlişlər edilə bilər.

Trampın paylaşımı - Azərbaycanın dəstəyi ön planda... 

Qeyd edək ki, bu plan dünyanın bir çox ölkələri tərəifndən bəyənilib və alqışlanıb. Hətta Tramp Qəzzada münaqişəni sonlandırmaq məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı paylaşımında onun Yaxın Şərqdə sülhü bərqərar etmə yönündəki səylərinə dair müxtəlif ölkələrin bəyanatlarına yer verib. Həmin bəyanatlar arasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) müvafiq açıqlaması da yer alır. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi  ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlamışdı və “X” hesabında paylaşım edilmişdi. Paylaşımda qeyd edilirdi ki, “Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq. Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir. Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar”.

Ərəb və İslam ölkələri də alqışlayır...

Trampın Qəzza planı ərəb və İslam ölkələri tərəfindən də dəstəklənir. Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Qətər və Misirin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq üçün göstərdiyi səmimi səyləri alqışlayıb və onun sülhə aparan yol tapa biləcəyinə əminlik ifadə ediblər.

Nazirlər razılığın əldə edilməsi və onun region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyi təmin edən tərzdə həyata keçirilməsi üçün Birləşmiş Ştatlar və münaqişə tərəfləri ilə müsbət, konstruktiv əlaqə saxlamağa hazır olduqlarını bir daha bəyan ediblər.

Avropa və Vatikan “hə” deyir...

Sülh planı dünyanın əksər dövlətləri tərəfindən bəyənilir - Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo da Prezident Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını real təklif adlandırıb. “Ümid edirik ki, tərəflər bunu qəbul edəcək. Hələlik bu, real təklif kimi görünür. Atəşkəs və girovların azad edilməsi vacibdir. Ümid edirəm ki, HƏMAS müəyyən edilmiş vaxt çərçivəsində bunu qəbul edəcək”, - deyə Roma Papası vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron da ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında İsrail və HƏMAS arasında müharibəyə son qoymaq planını dəstəkləyib. O, X-də yazıb: “Mən Prezident Trampın Qəzzada müharibəni dayandırmaq və bütün girovları azad etmək öhdəliyini alqışlayıram”.

Böyük Britaniyanın baş naziri Kir Starmer də Trampın planını dəstəklədiyini bildirib. Baş nazirin ofisinin yaydığı məlumatda deyilir: “ABŞ-ın Qəzzada müharibəni bitirmək üçün yeni təşəbbüsü çox alqışlanır və mən prezident Trampa bu addımına görə minnətdaram. Biz onun döyüşləri dayandırmaq, girovları azad etmək və Qəzza xalqına təcili humanitar yardımı təmin etmək səylərini qətiyyətlə dəstəkləyirik”.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Trampın sülh planı Qəzzada dəhşətli müharibəyə son qoymaq üçün unikal fürsət təqdim edir. “Nəhayət, israillilər və fələstinlilər bu müharibənin tezliklə bitəcəyinə ümid edirlər”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda qeyd olunub. Vadeful vurğulayıb ki, bu fürsəti əldən vermək olmaz.

Avropa Şurasının sədri Antonio Kosta da “sülhə real şans vermək üçün bu anı dəyərləndirməyə” çağırıb. O, sosial şəbəkədə yazıb: “Qəzzada vəziyyət dözülməzdir. Döyüşlər dayandırılmalı, bütün girovlar dərhal azad edilməlidir”.

Dünyanın aparıcı KİV-ləri “Tramp planı”nı dəstəkləyir...

Qeyd edək ki, dünyanın aparıcı KİV-ləri də Trampın irəli sürdüyü sülh planını dəstəkləyir. “Der Spiegel”, “The Jerusalem Post” və digər qəzetlər Trampın Qəzzada sülh planını dəyərləndirib. “Washington Post” isə sülh planı ilə bağlı “Tramp Yaxın Şərqdə “Əsrin sövdələşməsi”nə çalışır” başlıqlı yazı dərc edib. “The Guardian”ın bununla bağlı yazısında isə Trampın Qəzza planı “iddialı” sayılıb. Vurğulanıb ki, ilk Prezident Trampın irəli sürdüyü, Benyamin Netanyahunun təsdiq etdiyi, dünyanın əksər dövlətlərnin bəyəndiyi 20 bəndlik plan Qəzzada iki illik münaqişəni sona çatdırmaq daha yaxşı şansdır. “Der Spiegel” isə sülh planını “Tramp “əbədi sülh” elan etdi” kimi dəyərləndirib.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri