Icma.az
close
up
RU
Trampın Sülh Şurası Fələstin problemini ədalətli şəkildə həll edəcəkmi? ŞƏRH

Trampın Sülh Şurası Fələstin problemini ədalətli şəkildə həll edəcəkmi? ŞƏRH

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Qəzza sektoru üzrə irəli sürdüyü Sülh Şurasının gələcəkdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəzləyə biləcəyini istisna etməyib. Prezident Sülh Şurasının BMT-ni əvəzləyə biləcəyi ilə bağlı verilən suala "mümkündür" deyə cavab verib.

Bəs Sülh Şurası BMT-ni əvəzləyə bilər?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının BMT-ni əvəzləyə biləcəyi ilə bağlı yanaşma tərzi tamamilə məntiqsiz və absurddur:

"Çünki BMT qlobal məkanda beynəlxalq hüquq normaları çərçivəsində nüfuzlu tənzimləyici rolunda çıxış edir. Eyni zamanda BMT faktiki olaraq strukturlaşmış və konkret fəaliyyət prinsipləri olan bir beynəlxalq qurumdur və onilliklər boyu dünyanın idarə olunmasında önəmli təcrübəyə malik olan bir qurumdur. Sülh Şurası isə yalnız bir nəfərin, yəni Donald Trampın düşüncəsinə uyğun şəkildə onun təşəbbüsü ilə yaradılmaqda olan bir təsisatdır və hələlik Sülh Şurasının hansı prinsiplər əsasında formalaşacağı, hansı dövlətləri öz sırasında birləşdirəcəyi də qeyri-müəyyən xarakter daşıyır. Ən əsası isə BMT bütün dünyada beynəlxalq hüquq normalarının qorunması məqsədilə fəaliyyət göstərən bir qurum olduğu halda, Sülh Şurasının əsas hədəfi məhz Fələstin problemini həll etməklə bağlıdır. Yəni bu baxımdan hesab etmək olar ki, Trampın yanaşma tərzi absurddur, məntiqsizdir".

Siyasi şərhçiu vurğuladı ki, BMT-nin Fələstin problemini nizamlamaq üçün xüsusi prinsipləri mövcuddur:

"BMT qətnamələrinə görə, Fələstin problemi iki dövlət prinsipi üzrə həll edilməlidir və bu, çox ədalətli bir yanaşma tərzi kimi görünür. Ancaq nə qədər qəribə də olsa, hazırda Fələstin problemini nizamlamaq niyyəti ilə Sülh Şurası yaradan ABŞ iki dövlət prinsipinə qarşı çıxır və BMT-nin bu barədə qətnamələrinin reallaşmasını əngəlləyir. Belə olan halda Donald Trampın Sülh Şurası yaradaraq Fələstin problemini ədalətli şəkildə həll etməyə cəhd göstərəcəyinə inanmaq çox çətindir.

Sülh Şurasını BMT-yə alternativ quruma çevirmək üçün ilk növbədə dünyanın bütün dövlətlərinin bu şurada təmsil olunması və önəmli strukturlaşma, ən əsası isə beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi lazımdır. Ancaq bu, demək olar ki, mümkün deyil, çünki ABŞ hazırda Qrenlandiyanı və Kanadanı ilhaq etmək niyyətini açıq şəkildə biruzə verir. Bu da o deməkdir ki, ABŞ bir müstəqil dövləti dünya xəritəsindən silmək niyyətindədir, digər bir müstəqil dövlətin, yəni Danimarkanın ərazisi olan Qrenlandiyanı da ələ keçirmək niyyətindədir. Belə olan təqdirdə faktiki olaraq qlobal savaş təhlükəsi yaradan ABŞ-nin BMT-yə alternativ Sülh Şurası yaratmaq niyyəti olduqca məntiqsiz görünür. Digər tərəfdən, dünyanın önəmli dövlətlərinin bu quruma daxil olacağı da şübhə doğurur, çünki Fransa artıq bundan imtina edib. Təbii ki, Qrenlandiya böhranı ilə bağlı ABŞ ilə ziddiyyət yaşayan Danimarka da buna hələlik pozitiv reaksiya verməyib".

Müsahibimiz qeyd etdi ki, ABŞ-nin Avropa Birliyi ilə olduqca kəskin qarşıdurma vəziyyəti mövcuddur:

"Bu baxımdan Avropa Birliyi də öz tərkibində olan dövlətlərin Sülh Şurasına daxil olmasına hələlik pozitiv yanaşdığını biruzə verməyib. Ən əsası isə ədalətdən, sülhdən danışan Tramp Fələstin problemini həll etmək üçün yaratdığı Sülh Şurasına, yəni Yaxın Şərqdə sülh yaratmaq üçün qurduğu bir quruma Ukrayna ərazilərini işğal etmiş, kəndləri, şəhərləri dağıtmış, eyni zamanda uşaqların, qadınların, qocaların həlak olmasına səbəb olmuş Rusiyanın Prezidenti Vladimir Putini də dəvət edib. Bütün bunlar onu göstərir ki, Tramp olduqca ziddiyyətli addımlar atır və onun öz ətrafında yeni bir BMT yaratmaq niyyəti absurd, məntiqsiz görünür. Bunun, ümumiyyətlə, effektiv ola biləcəyinə inanmaq çox çətindir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri