Trampın “Sülh Şurası” Qəzzada geniş hüquqi toxunulmazlıq planlaşdırır Sənəd əldə edilib
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Guardian” tərəfindən əldə edilən sənəddə məlumat verilir.
Sızdırılan dörd səhifəlik qətnamə layihəsinə əsasən, Şura üzvləri, onun inzibati strukturları, Qəzzada fəaliyyət göstərəcək beynəlxalq hərbi qüvvələr, texniki heyət və müqavilə əsasında çalışan şəxslər istənilən cinayət təqibindən, həbslərdən və ya yerli məhkəmə proseslərindən tam və ya geniş şəkildə qorunacaq.
Sənəddə həmçinin qeyd olunur ki, təşkilat Qəzzadakı bəzi ictimai əmlakları “ödənişsiz” şəkildə istifadəyə götürə bilər. Hüquqşünasların fikrincə, bu müddəa mülkiyyətin müsadirəsi ilə bağlı ciddi suallar doğurur.
Layihəyə görə, Şuranın sədri olan Donald Tramp zərurət yarandıqda istənilən şəxsin toxunulmazlığını ləğv edə biləcək, lakin bu qərar yalnız Şura üzvlərinin çoxluğunun razılığı ilə qüvvəyə minəcək.
Sənəddə beynəlxalq qüvvələrin əsas vəzifələrindən biri kimi "Həmas"ın silahsızlaşdırılması və Qəzzada sabitliyin təmin edilməsi göstərilir. Lakin hüquq ekspertləri bu mexanizmin beynəlxalq nəzarət və məsuliyyət boşluğu yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
ABŞ Dövlət Departamenti və Şura rəsmiləri sənədin yekun və ya rəsmi qüvvəyə malik olmadığını bildirərək, bütün fəaliyyətlərin qanun çərçivəsində və nəzarət mexanizmləri altında aparılacağını iddia edirlər.
Beynəlxalq hüquq mütəxəssisləri isə bu modelin “hesabatlılıqdan kənar paralel hüquq sistemi” yarada biləcəyini və Qəzzada humanitar vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyini vurğulayırlar.
Layihə BMT Təhlükəsizlik Şurasının Qəzzanın idarəçiliyini 2027-ci ilin sonunadək bu şuraya həvalə edən qərarına əsaslanır. Lakin sənədin hüquqi legitimliyi və tətbiq mexanizmləri hələ də ciddi mübahisə mövzusudur.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 27 İyun 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















