Icma.az
close
up
RU
Trampın sürpriz İran açıqlaması Vaşinqtonla Tehran arasında nə baş verir?

Trampın sürpriz İran açıqlaması Vaşinqtonla Tehran arasında nə baş verir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın son açıqlaması beynəlxalq ictimaiyyətin diqqətini yenidən Yaxın Şərqə yönəldib. O bildirib ki, Vaşinqton İranla “yaxşı danışıqlar” aparıb və nüvə proqramı məsələsində müəyyən irəliləyiş əldə olunub. Tramp administrasiyasının bu yanaşması ictimaiyyətdə diqqət çəkir.

Ümumilikdə isə son aylarda ABŞ-ın bir sıra regional münaqişələrə münasibətində müşahidə olunan yumşalma, habelə Rusiya-Ukrayna gərginliyinə dair ritorikadakı dəyişiklik, Vaşinqtonun xarici siyasətində yeni dönəmin başlanğıcına işarə edir.

Bəs Trampın bu siyasəti nəyə hesablanıb? ABŞ-ın qlobal mövqeyindəki korrektələr hansı geosiyasi maraqlardan qaynaqlanır?

Globalinfo.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Donald Trampın ABŞ-da hakimiyyətə qayıtmasından sonra qlobal siyasi müstəvidə müəyyən dəyişikliklər baş verib:

“Rusiya-Ukrayna müharibəsini dayandırmaqda maraqlı olan Tramp ilk olaraq Rusiya ilə münasibətləri normallaşdırmağa çalışdı və Ukrayna Prezidenti Zelenskini “diktator” adlandırdı. Paralel olaraq, İran-İsrail gərginliyinin qarşısını almaq məqsədilə də müəyyən addımlar atıldı. İsrail, İranın nüvə obyektlərinə zərbə endirmək niyyətini açıq şəkildə bəyan etdikdən sonra ABŞ-dan B-52 bombardmançı təyyarələri və ağır bombalar alıb. Lakin hələlik Vaşinqton bu silahların istifadəsinə icazə verməyib”.

Politoloqun sözlərinə görə, Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır:

“O, uranın zənginləşdirilməsinə qarşı çıxır və bu istiqamətdə danışıqlar aparılır. Lakin İranın ali lideri Ayətullah Xamenei son açıqlamasında bu məsələyə heç bir ölkənin qarışa bilməyəcəyini vurğulayıb. Tramp diplomatik yollarla Tehranı nüvə silahından imtina etdirmək istəyir, lakin bu cəhdlər nəticəsiz görünür. Çünki İran bu istiqamətdə irəliləməkdə qərarlıdır və bu prosesdə ona açıq və dolayısı ilə dəstək verən əsas ölkə Rusiyadır”.

Elşad Həsənovun fikrincə, Tramp keçmiş prezident Barak Obamanın uğurunu təkrarlamağa çalışır:

“Tramp Nobel Sülh Mükafatı qazanmaq üçün dünyadakı münaqişələri dayandırmağa çalışır. Ancaq o, sabit və davamlı mövqeyə malik siyasətçi deyil. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya son hücumlarına qarşı Trampın sərt mövqe sərgiləməsi bunu bir daha sübut edir. Artıq öz əvvəlki fikirlərindən geri çəkildiyini görürük. Trampın bu siyasətlə uğur qazanıb-qazanmayacağı hələ ki, qaranlıqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri