Trampın tariflərindən sonra neftin qiyməti aşağı düşüb
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Trampın tariflərindən sonra neftin qiyməti aşağı düşüb.
Banco.az xəbər verir ki, təhlilçilər qiymətlərin aşağı düşməsini prezident administrasiyasının idxal rüsumlarının tətbiqi qərarı ilə əlaqələndirirlər ki, bu da tədarük zəncirlərinin sabitliyini pozmaq, inflyasiyanı artırmaq və hər il başqa ölkələrdən ABŞ-a göndərilən trilyonlarla dollarlıq malların qiymətini yüksəltmək təhlükəsi yaradan “qlobal ticarət sisteminə ən güclü zərbə” olub.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 2.36% azalaraq 1 barelə görə 73.18 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 2.51% azalaraq 69.91 ABŞ dollarına bərabər olub.
Trampın qərarından sonra Amerika səhmləri də ucuzlaşıb- S&P 500 indeksi (ən böyük şirkətlər) üzrə fyuçerslər 3,3 faiz, Nasdaq 100 üzrə fyuçers 4,2 faiz, Russell 2000 üzrə isə demək olar ki, 5 faiz ucuzlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Aprel 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















