Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Trampın təhdidindən dərhal sonra yaşandı: İranı ABŞ la barışdıran gizli qüvvə

Trampın təhdidindən dərhal sonra yaşandı: İranı ABŞ la barışdıran gizli qüvvə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın, “Bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”, – sözləri ilə təhdidindən sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb. Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir. İran tərəfi isə bildirir ki, müharibə yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacaq.

Müharibə hələlik bitmiş sayılmır. Bu, sadəcə atəşkəs razılığıdır. Yəni vəziyyət hələ də həssas və kövrəkdir. Hər an hər şey ola bilər. Lakin buna baxmayaraq, atəşkəsin əldə olunması gözlənilirdi. Məsələ ondadır ki, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar gözlənilən nəticəni vermədi. Düzdür, Təl-Əviv ilə Vaşinqton İranın ali rəhbəri Əli Xamenei və bir çox mühüm şəxsi sıradan çıxarıb, ölkənin infrastrukturuna, hərbi obyektlərinə və iri şəhərlərinə ciddi zərər vurub. Lakin Tehranın cavabı da gözləniləndən sərt oldu.

ABŞ-ın Yaxın Şərqdəki bir çox mühüm hərbi bazası və bu bazaların yerləşdiyi ölkələr İran tərəfindən açıq hədəfə çevrildi, zərbələrə məruz qaldı. Hətta Vaşinqtonun Fars körfəzinə gətirdiyi donanmaya, o cümlədən F-15E qırıcı təyyarəsinə, daha sonra isə qırıcının pilotlarını axtarmağa göndərilən “Black Hawk” tipli helikopterə zərbələr endirilməsi, İsrailə aramsız hücumlar vəziyyəti daha da ciddi hala gətirdi.

Faktiki olaraq, İranın müqaviməti ABŞ üçün də gözlənilməz oldu. Bundan başqa, körfəz ölkələrinin, Türkiyənin və Avropa müttəfiqlərinin Vaşinqtona dəstək verməməsi, hətta əməliyyatların dayandırılması yönündə təzyiqləri də ABŞ-ı belə bir addım atmağa vadar etdi.

Lakin subyektiv yanaşmam belədir ki, atəşkəsin əldə edilməsində ən böyük faktor Çindir. Ayətullah Müctəba Xameneinin Çinin diplomatik səyləri və son anda göstərdiyi təzyiq nəticəsində Pakistanın təklif etdiyi 2 həftəlik atəşkəsə razılaşdığı deyilir. Lakin ən önəmlisi Pekinin İrana hərbi yardımları idi.

Son günlər İran ordusunun ABŞ-a qarşı daha effektiv və sərrast cavab zərbələri endirməsi Vaşinqtonu çətin vəziyyətə saldı. Halbuki son həftəyə qədər ciddi itkilərə məruz qalan bir İran vardı. Bariz şəkildə cəbhədə dəyişiklik sezilirdi. Burada ağla batan əsas versiya Çinin İrana yeni nəsil HHM sistemləri, raketlər və fərqli təyinatlı silahlar verməsidir. Məntiqlə ABŞ silahlarına rəqib olacaq alternativlər yalnız Çində var.

Yəni belə nəticəyə gəlmək olar ki, Pekin Tehrana diplomatik təzyiq edib, Vaşinqtonu isə İrana etdiyi yardımlar ilə danışıqlar masasına çəkməyi bacarıb.

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ, İsrail və İran nümayəndələrini aprelin 10-da danışıqlar üçün İslamabada dəvət edib. İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampın İrana zərbələri dayandırmaq barədə qərarını dəstəkləyib.

Qarşıda planlanan iki həftəlik atəşkəs və aprelin 10-da keçirilməsi ehtimal olunan sülh danışıqları var. Buna baxmayaraq həm ABŞ, həm də İran tərəfi indidən özlərini qalib elan ediblər. Lakin ortada heç bir tərəf üçün tam qələbə yoxdur. Əgər bu qələbədirsə, yalnız “Pir qələbəsi” ola bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri