Icma.az
close
up
RU
Trampın ticarət manevrləri ABŞ nəhəng sazişdən çıxa bilər

Trampın ticarət manevrləri ABŞ nəhəng sazişdən çıxa bilər

Icma.az, Bakupost saytına istinadən bildirir.


2018-ci ildə imzalanan saziş Trampın ilk prezidentlik dövründən qalan ən mühüm iqtisadi irslərdən biri idi
Bakupost.az “The Independent”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə danışıqlar apardığı Şimali Amerika üzrə genişmiqyaslı ticarət sazişində ABŞ-ın tərəf kimi qalmasının səbəblərini məsləhətçilərindən soruşduğu bildirilir. Bu məsələ ABŞ-Meksika-Kanada Sazişinin (USMCA) bu yay keçirilməsi planlaşdırılan məcburi baxış prosesi ərəfəsində gündəmə gəlib.
Adları açıqlanmayan rəsmilər “Bloomberg” agentliyinə bildiriblər ki, Tramp Amerika xalqı üçün hər zaman daha yaxşı razılaşma axtarır və administrasiya 2020-ci ilin əvvəlində qüvvəyə minmiş mövcud sazişi avtomatik şəkildə təsdiqləməyə meylli deyil.
ABŞ Ticarət Nümayəndəliyinin ofisindən olan bir rəsmi bildirib ki, mümkün dəyişikliklər milli mənşə qaydaları, kritik minerallar, əmək hüquqlarının qorunması və dempinqə qarşı mexanizmlər kimi sahələrdə yenilənmiş şərtləri əhatə edə bilər.
Ağ Ev Trampın Şimali Amerika Azad Ticarət Sazişini əvəz edən bu razılaşmaya münasibətdə tərəddüdlərinin olduğunu ictimai şəkildə təsdiqləməyib.
Administrasiya rəsmilərindən biri “Reuters” agentliyinə açıqlamasında, “Prezident tərəfindən şəxsən açıqlanmadığı müddətcə, mümkün prezident addımları ilə bağlı müzakirələr əsassız spekulyasiyalardır”, – deyib.
Trampın saziş üzrə tərəfdaşları isə ABŞ-ın yaxın zamanda razılaşmadan çıxacağına dair hər hansı rəsmi siqnalın verilmədiyini bildiriblər.
Meksika Prezidenti Klaudia Şeynbaum mətbuat konfransında, “Biz buna inanmırıq və danışıqlarda da bu məsələ qaldırılmayıb, çünki bu saziş onlar üçün çox vacibdir”, – deyib.
Kanadanın Baş naziri Mark Karni isə iki gün əvvəl Tramp ilə müsbət görüş keçirdiyini bildirib. Görüşdə ticarət sazişi ilə yanaşı, Trampın Miçiqan və Ontarionu birləşdirən, uzun müddətdir planlaşdırılan körpünün açılışını əngəlləmək hədəsi də müzakirə olunub.
Təxminən 2 trilyon dollar dəyərində mal və xidmət dövriyyəsini əhatə edən və bir çox məhsulu ABŞ gömrük rüsumlarından azad edən bu azad ticarət sazişinin ləğvi Şimali Amerika iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola və avtomobil istehsalı kimi xariclə dərin inteqrasiya olunmuş sahələrə ağır zərbə vura bilər.
Sazişin iyul ayından etibarən məcburi şəkildə yenidən nəzərdən keçirilməsi planlaşdırılır. Əgər yenilənərsə, növbəti 16 il qüvvədə qalacaq. Yenilənmədiyi halda isə tərəflər 2036-cı ildə başa çatana qədər hər il sazişi yenidən gözdən keçirə biləcəklər.
Razılaşmadan çıxmaq Trampın uzun müddətdir ABŞ-ın tərəfdaşlarına qarşı nümayiş etdirdiyi daha sərt və tez-tez qarşıdurmaya girən ticarət və diplomatik xəttinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
Prezident Çinlə artan əlaqələrinə görə Kanadanı 100% gömrük rüsumu ilə hədələyib, həmçinin Meksika da daxil olmaqla Kubaya neft tədarük edən ölkələrə qarşı vergi tətbiq ediləcəyi ilə bağlı təhdidlər səsləndirib.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Fevral 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri