Trampın Türkiyənin qüdrəti ilə bağlı sözləri həqiqətdir ƏRDOĞAN
Icma.az, Azpost saytına istinadən bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Türkiyənin qüdrəti ilə bağlı son sözlərinin həqiqət olduğunu bildirib.
Azpost.info xəbər verir ki, Ərdoğan bu barədə Misirdən qayıdarkən jurnalistlərə bildirib.
“Cənab Tramp bu qiymətləndirmə ilə əslində ölkəmizin gücünü və effektivliyini vurğulayır”, – Ərdoğan deyib.
O, Trampla münasibətlərində heç bir problem olmadığını da qeyd edib.
“Həqiqətən də aramızda heç bir problem yoxdur. Onun seçildiyi vaxtdan bizim əlaqələrimiz var. Tramp praqmatik siyasətçidir. Andiçmə mərasimindən sonra çox güman ki, biz onu birinci təbrik edəcəyik və gündəmimizdəki məsələləri səmimiyyətlə müzakirə etməyə başlayacağıq”, – Türkiyə prezidenti bildirib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















