Icma.az
close
up
RU
Trampın uğursuz gedişi: Putin ona yox dedi, istədiyi isə...

Trampın uğursuz gedişi: Putin ona yox dedi, istədiyi isə...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında son telefon danışığı ətrafında müzakirələr davam edir. Kimisi ilkin açıqlamaları təsirsiz adlandırır, kimisi dünyanın taleyinin həll olunduğunu düşünür.

Liderlər hansı məsələlərdə razılığa gəldilər? Danışıqla bağlı bəyanatlar nə deməyə əsas verir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, görüş müsbət əhvalda keçib:

Züriyə Qarayeva

“Tərəflər Rusiya-Amerika münasibətlərində “narahatedici elementlərin” aradan qaldırılmasına yönəlmiş məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. Ukrayna münaqişəsinin davamlı həllinə nail olmaqla bağlı ilkin mərhələdə işə başlamaq üçün yüksəksəviyyəli komandaların təyin ediləcəyi bildirilib. Qarşılıqlı geosiyasi maraqlara, eləcə də uğurla yekunlaşan müharibədən sonra yaranacaq iqtisadi və investisiya imkanlarına uyğun hərəkət etmək məqsədəuyğun hesab edilib. Nəhayət, hər iki ölkənin komissiyaları tərəfindən hazırlanan sülh təkliflərinin Putin və Trampa təqdim edilməsinə qərar verilib”.

Politoloq Məhəmməd Əsədullazadə isə telefon danışığının uğursuz nəticələndiyini düşünür:

Məhəmməd Əsədullazadə

“Sadəcə 175 məhbus dəyişdiriləcək. Həmçinin Ukrayna Rusiyanın neft emalı zavodlarına uğurlu hücumlar etdiyinə görə, Putin enerji infrastrukturunun qarşılıqlı vurulmaması şərtini qəbul etdi. Ümumilikdə Rusiya prezidentinin şərtləri atəşkəsə “yox” deməkdir. Tramp həmkarını razı salmaq üçün Ukrayna ordusuna dəstəyi kəsdi, F-16 qırıcılarının radioelektron funksiyalarını söndürdü. Lakin Putin ucuz sövdələşməyə getmir. Rusiya Ukraynanı bütövlükdə istəyir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see421

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see306

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see298

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see295

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see294

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see293

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see292

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see288

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see286

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see272

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see260

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see256

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see252

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see250

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see250

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see249

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see249

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see248

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri