Icma.az
close
up
RU
Trampın Ukrayna ilə bağlı əsl hədəfi BUDUR: Ağ Ev rəhbəri istəyir ki… KONKRET

Trampın Ukrayna ilə bağlı əsl hədəfi BUDUR: Ağ Ev rəhbəri istəyir ki… KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “ərazi məsələsi yalnız mənimlə Putin arasında müzakirə olunacaq” açıqlaması beynəlxalq gündəmdə diqqət çəkib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüş müxtəlif şərhlərə yol açıb:

“Avropa liderləri ilə də görüşlər keçirilib. Eyni zamanda Zelenski və Tramp arasında təkbətək müzakirələr aparılıb. Hətta Tramp ilə Putin arasında da telefon danışığı olub. Bu isə onu göstərir ki, Tramp bütün maraqlı tərəflərin mövqelərini öyrənməyə və onları yaxınlaşdırmağa çalışır. Onun əsas hədəfi Putin və Zelenski arasında görüşün baş tutmasına nail olmaqdır. ABŞ prezidenti bu görüşün avqustun sonuna kimi keçirilməsinə xüsusi önəm verir”.

Şərhçinin sözlərinə görə, görüşün Romada və ya İsveçrədə keçirilməsi ehtimal olunur:

“Danışıqlar prosesində Ukrayna üçün əsas məsələ təhlükəsizlik zəmanətləridir. Bununla yanaşı, ərazilərin mübadiləsi məsələsi də gündəmdədir. Zelenskinin açıqlaması da məhz buna işarədir. Ərazi məsələsi yalnız onunla Putin arasında müzakirə ediləcək. Burada həm siyasi, həm də hərbi məsələlərin həlli gözlənilir”.

İlyas Hüseynov əlavə edib ki, danışıqlarda simvolik jestlər də diqqət çəkib:

“Putin ABŞ-a səfəri zamanı Trampa xəritələr hədiyyə edib. Cavab olaraq Zelenskinin komandası Ağ Evə böyük bir xəritə gətirib və məhz bu xəritənin önündə Zelenski ilə Tramp müzakirələr aparıblar”.

Ekspertin fikrincə, təhlükəsizlik zəmanətləri Ukrayna üçün prioritet olaraq qalır:

“NATO kontingentinin Ukrayna ərazisində yerləşməsi müzakirə oluna bilər. Hətta ABŞ dövlət katibi Marko Rubio təhlükəsizlik zəmanətləri və ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna ərazisində hansı silahların yerləşdirilməsi istiqamətində komissiyaya rəhbərlik edəcək. Bu isə o deməkdir ki, ABŞ təhlükəsizlik zəmanətlərini verdikdən sonra müharibənin dayandırılması üçün ciddi addım atılmış olacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri