Icma.az
close
up
RU
Trampın Ukrayna ilə bağlı planları: Zelenskinin hakimiyyətdən getməsi gündəmdə...

Trampın Ukrayna ilə bağlı planları: Zelenskinin hakimiyyətdən getməsi gündəmdə...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

ABŞ ilə Rusiya Volodimir Zelenskinin gözlənilən danışıqlardakı iştirakını məhdudlaşdırmaq və ya onu heçə saymaqla sövdələşmə masası qurmaq niyyətlərini ifadə edirlər. Hərçənd ki, bu, birbaşa Trampla bağlı deyil, hətta Bayden administrasiyası dövründə də Rusiya ilə razılaşma rejimi müəyyən edilirdi, amma rəqabətin tonu sərt olduğundan nə Putin, nə də Bayden bir-birinə etibar edirdilər. İndi isə Trampla Putin dil tapmaq üçün ortaq bir performansa sahib olduğundan proses Ukraynanın başı üzərinə qaldırılmış qılınc olur. Bunu təsdiq edən məqamlar:

1. Rusiyadan verilən rəsmi bəyanatların oxunuşları belə deməyə əsas verir ki, Putin gələcək sülh danışıqlarında hər hansı güzəştdə maraqlı olmayacaq;

2. Putin Ukrayna ilə bağlı bütün maksimalist tələbləri yerinə yetirən sülh sazişini dəstəkləyir;

3. Zelenskinin sülh razılaşması ilə əlaqədar əvvəl irəli sürdüyü prinsipləri ABŞ-nin yeni müdafiə naziri Peter Heqset puç edib. Cənab Heqset bildirib ki:

- Ukrayna NATO-nun bir hissəsi olmayacaq,

- Ukrayna heç vaxt 2014-cü il sərhədlərinə qayıtmayacaq,

- Rusiya ilə Ukrayna arasında istənilən sülhməramlı qüvvələr ABŞ qoşunları yox, Avropa ya da qeyri-Avropa olacaq.

ABŞ olmadan isə Avropanın təhlükəsizliyi problemlidir.

II

Telefon danışığının nəticələri nə Rusiyanın ABŞ, nə də ABŞ-nin Rusiya üzərində strateji qələbəsi kimi təqdim edilməlidir. Bu müzakirələr sadəcə Ukraynadakı müharibəni “bitirmək” üçün Moskva-Vaşinqton xəttində hazırlanacaq strategiya üçün ilkin siqnaldır. ABŞ-nin məqsədi əslində Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaq deyildi.

ABŞ-nin keçirdiyi sınaq Ağ Ev üçün məğlubiyyət sayılmır, Vaşinqtonun yeganə problemləri həddindən artıq maliyyə yükü çəkməsi idi, o, nəticə vermədikdə isə təbii ki, Ukrayna böyük planın bir hissəsi kimi qurban verilir.

ABŞ üçün Ukrayna müharibəsinin daha böyük qlobal hədəfi:

1. Çinin təsirlərini azaltmaq, Rusiyanın məğlubiyyətindən sonra Çinin ambisiyaları barədə fərqli ölçülər götürmək idi,

2. Yəni ABŞ bilirdi ki, Ukrayna onsuz da 2014-cü il sərhədlərinə çıxa bilməyəcək, sadəcə bu müharibə Vaşinqton üçün Rusiya və Çinin güc dinamikasını test etdi,

3. Çin gözlənilənin əksinə olaraq daha da böyüdü, siyasi və təhlükəsizlik sferalarına nüfuz etdi, Ukrayna müharibəsinin həlli ilə əlaqədar fəal diplomatiya nümayiş etdirdi,

4. Artıq Çin də Rusiya-ABŞ sövdələşmələrindən pay almaq üçün start götürüb, Pekinin Tramp-Putin görüşünə ev sahibliyi etmək üçün səyləri bu planın bir hissəsidir.

III

Cənab Zelenskinin isə ABŞ vizyonunda parlaqlığı getdikcə itir, çünki artıq onun hətta əvəzlənməsi ehtimalları da mövcuddur. Zelenski əslində ABŞ ilə Böyük Britaniya strategiyasının yoxlanılmasına xidmət edən uğurlu, lakin Ukraynanın taleyi baxımından uğursuz layihə idi.

ABŞ-nın Ukrayna ərazilərində strateji iqtisadi mülkiyyət əldə etmək planı da Zelenskinin iradəsinin kənarında olan prosesdir və ehtimal ki, geoiqtisadi bölgüdə Vaşinqton, Moskva və Çin sərmayələri daha çox görünəcək...

Siyasi təhlilçi Aqşin Kərimov,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri