Icma.az
close
up
RU
Trampın Ukrayna planı: Britaniyanın eks naziri “amansız həqiqət” barədə xəbərdarlıq etdi

Trampın Ukrayna planı: Britaniyanın eks naziri “amansız həqiqət” barədə xəbərdarlıq etdi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Donald Trampın ABŞ ərazisini genişləndirmək ambisiyaları məntiqsizdir, çünki belə bir nümunə Rusiya və Çini yalnız daha da ruhlandırar.  

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Lordlar Palatasının üzvü Uilyam Heyq "The Times" qəzetindəki köşəsində yazıb. O, ABŞ-ın yeni liderinin Danimarka, Kanada, Kolumbiya, Misir və İordaniya ilə bağlı sərt ritorikasını şərh edərkən vurğulayıb ki, hazırda bu ölkələri təhqir etmək asandır, lakin gün gələcək, ABŞ yenidən onların dəstəyinə ehtiyac duyacaq:  

"Belə gücün müttəfiqlərə qarşı istifadəsi səhv addım olacaq. Bu, xüsusilə Ukraynada müharibəni dayandırmaq ümidi üçün başqa yerlərdə dəstək lazım olanda ortaya çıxacaq. Ağ Ev bir neçə dostunu "cəzalandırmaqdan” həzz ala bilər, lakin böyük bir döyüşü dayandırmaq üçün təsəvvür etdiyindən daha çox gücə ehtiyac duyacaq".  

Heyq qeyd edir ki, Vaşinqton, atəşkəsdən sonra Ukraynada Böyük Britaniya və Avropa qoşunlarının yerləşdirilməsinə ümid edir. Çünki heç bir zəmanət olmadan Ukrayna buna qarşı çıxacaq, Rusiyanın tezliklə qayıdacağından ehtiyatlanacaq. Onun fikrincə, Tramp anlayır ki, müharibənin yenidən başlaması və Ukraynanın parçalanması Co Baydenin Əfqanıstandakı məğlubiyyətindən daha böyük bir fəlakət olacaq.  

"Bu müzakirə baş verəndə amansız həqiqət hər zamankindən daha aydın olacaq: Avropa dövlətlərinin ABŞ-ın yaxın köməyi olmadan öz qitələrində müharibəni cilovlamaq üçün kifayət qədər gücü yoxdur. Onların orduları çox kiçikdir və ya zəif təchiz olunub, həmçinin müasir dünyada sərt güc üçün zəruri olan peyklər, raketlər, nəqliyyat təyyarələri və sursat istehsalı çatışmazlığı açıq şəkildə görünür", - Heyq yazır.  

O zaman Tramp anlayacaq ki, ABŞ-la qarşıdurmaya gücü çatmayan müttəfiqlər bu "yükü” onun üzərindən qaldırmaq üçün də kifayət qədər güclü deyillər və müharibələri yalnız ABŞ-ın öhdəliklərini genişləndirməklə dayandırmaq mümkündür.  

Trampın inauqurasiyasından əvvəl KİV-lər məlumat verib ki, onun sülh planının mühüm hissəsi döyüş təmas xəttində Avropa qoşunlarının yerləşdirilməsi ideyasından ibarətdir. Fransa Prezidenti Emmanuel Makron da bu hərbi missiyanın yaradılması ideyasını dəstəkləyir.  

Ukraynadan bildirilib ki, xarici hərbçilərin yerləşdirilməsi tərəfdaşlar tərəfindən veriləcək təhlükəsizlik zəmanətlərinin bir hissəsi ola bilər. 

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri