Trampın Ukrayna planının əsas bəndinin adı açıqlanıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası genişmiqyaslı sanksiya planı hazırlayır.
Onun ətrafı hesab edir ki, bu plan yaxın aylarda Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanmanın təşviqinə yönəlib.
SİA xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Baxılan variantlar arasında Rusiya neft şirkətlərinə qarşı sanksiyaların qismən yumşaldılması da “sülh sazişinin bağlanmasına xoşməramlılıq jesti kimi” daxildir.
Başqa bir yanaşma “Moskva üzərində təsir imkanlarını artırmaq” üçün sanksiya təzyiqinin artırılmasını nəzərdə tutur.
Agentliyin mənbələri qeyd edir ki, Tramp komandasının planları ilkin mərhələdədir və son nəticədə seçilmiş prezidentin özündən asılıdır.
Strategiya müzakirələrinə Nazirlər Kabinetinin bəzi namizədlərinin, həmçinin Trampın ilk administrasiyasının keçmiş sanksiyalar ekspertlərinin iştirakı daxildir.
...2024-cü ilin iyununda Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə danışan Rusiya lideri münaqişənin həlli üçün 4 şərt, o cümlədən Ukrayna silahlı qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması, eləcə də Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsini qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Rusiya Ukrayna üçün neytral, bloklara qoşulmayan, qeyri-nüvə statusunun verilməsini və Qərbin bütün sanksiyalarının ləğvini zəruri hesab edir.
Əli Babayev
Baxış sayı:115
Bu xəbər 16 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















